Şənbə, 10 June 2017 00:12

İmam Həsən Müctəbanın (ə) mövlud günü mübarək ! ‎

İmam Həsən Müctəbanın (ə) mövlud günü mübarək ! ‎

Əziz oxucularımız mübarək ramazan ayının 15-i ikinci İmamız HZ.Həsən müctəbanın mövlud günüdür.

Həmin münasibətlə sizi təbrik edrik.

Üçüncü hicri ilinin mübarək Ramazan ayının 15-də həzrət Әli əleyhissalamın evində ilk uşaq dünyaya gəldi.

Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə nəvəsinin adını Həsən qoydu. Imam Həsən (ə) atası Әli (ə) və anası Fatimeyi-Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı.

O, Peyğəmbər (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Günlərin bir günündə həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə bilmirəm».

ELM VӘ ӘXLAQI

Bir gün Peyğəmbər (s) məscidində qoca bir kişi düzgün olmayan bir şəkildə dəstəmaz alırdı. Imam Həsən (ə) ona dəstəmazının səhv olduğunu başa salıb anlatmalı idi; amma necə? Әgər ona desəydi ki, dəstəmazın səhvdir, onda qəlbi sınar, yaxud narahat olub qəbul etməyə bilərdi. O, qardaşı imam Hüseyn (ə) ilə birlikdə belə qərara gəldilər ki, özləri dəstəmaz alıb həmin qoca kişini də onların bu hərəkətinə münsiflik etməyə çağırsınlar.

TӘQVA VӘ IXLASI

Imam Həsən Müctəba (ə) camaatdan daha artıq abid və zahid idi. Həcc mərasimini yerinə yetirməkdən ötrü Məkkəyə gedəndə piyada gedər, namaz qılanda, ya dəstəmaz alanda isə özünü Allah qarşısında aciz görüb bədəni titrəyər və buyurardı ki, Allahın əmanətini əda etməyin vaxtıdır.

HӘZRӘTIN SӘBRI

Imam Həsən (ə) bir gün atla bir küçədən keçərkən, Müaviyənin dostlarından biri ilə rastlaşdı. Həmin adam onun Imam Həsən (ə) olduğunu biləndə pis sözlər söyləyərək o həzrəti təhqir etməyə başladı. Həzrət (ə) isə onun söylədiklərini dinlədikdən sonra buyurdu: «Güman edirəm ki, sən qəribsən və buralı deyilsən. Düşmənlər tərəfindən təhrik olmusan onların yalan və iftiraları sənin qəlbini bizə qarşı kinlə doldurubdur. Әgər bir ehtiyacın vardırsa həll edək, acsansa doyduraq, paltarın yoxdursa paltar verək, yox əgər qalmağa yer axtarırsansa, səni öz evimə aparıb qonaq saxlayım».

 

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob