Şənbə, 08 Aprel 2017 00:23

Dünya şiələrinin 9-cu imamının səadətli viladəti günü

Dünya şiələrinin 9-cu imamının səadətli viladəti günü

Şənbə günü 1438-ci hicri qəməri ili Rəcəbin 10-u, 2017-ci il 8 aprel dünya şiələrinin 9-cu imamı Həzrət İmam Məhəmməd Təqinin (ə) səadətli viladətinin ildönümü günüdür.

İmam Məhəmməd Təqi 195-ci hicri qəməri ili Rəcəbin onunda Mədinə şəhərində dünyaya göz açıb və əziz atası dünya şiələrinin 8-ci imamı İmam Rzanın (ə) şəhadətindən sonra müsəlmanların rəhbərliyi məsuliyyətini üzərinə götürüb. 

İmam Məhəmməd Təqinin (ə) mübarək ləqəbi Cəvadul-Əimmədir. 

İmam Rza (ə) öz övladı İmam Cavadın (ə) məqamı barədə buyurub: Mənim bir oğlum oldu ki, Musa (ə) kimi elm dənizlərini yarır. 

İmam Cavad (ə) 8 yaşında imamətə çatıb və 17 il imamlıq etmişdir. Yəni onun imamlıq dövrü uşaqlıqdan gəncliyə qədər davam edib. 

İmam Cavadın (ə) imamlığı dövründə müxtəlif islam və qeyri-islam firqələri yayılmışdı və digər xalqların elmləri diqqət mərkəzində dururdu. Buna görə dünya şiələrinin 9-cu imamı elmi və inanc müzakirələrinə daxil olur və müxtəlif dinlərdən müxaliflərlə mübahisədə ilahi sərmayə ilə imamlığı müdafiə edirdi. 

İslami İranın mömin xalqı İmam Məhəmməd Təqinin (ə) səadətli viladətinin ildönümündə müqəddəs məkanlar, xüsusilə də İmam Rzanın (ə) pak ziyarətgahında şənliklər keçirir. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı İmam Məhəmməd Təqinin (ə) səadətli viladəti münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edir. 

Şərh yaz


Məxfi kod
Yenilə