ALLAH QONAQLIĞI

ALLAH QONAQLIĞI (116)

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc – atəşdən qalxandır”.

 

Həmçinin buyurur: “Oruc olan insan o zamana qədər ki, müsəlmanın qeybətini etməz, ibadət halındadır, baxmayaraq ki, yatağında yatsa belə”.

 

Qüdsi hədisdə oxuyuruq ki, Uca Allah buyurur: “Oruc – Mənim üçündür və Mən onun əvəzini verəcəyəm. Oruc tutan üçün iki şadlıq olar. O zaman ki, iftar edər və o zaman ki, Allah Təala ilə görüşər. And olsun o kəsə ki, Muhəmmədin (s) nəfəsi onun əlindədir, oruc tutanın ağzının pis qoxusu Allah yanında müşk ətrindən daha ətirlidir”.

 

İmam Kazım (ə) buyurur: “Əgər orucsunuzsə, zöhrdən əvvəl yatın. Çünki Allah Təala oruc tutana yatan zaman yemək verər və içizdirər”.

 

Oruc insanın daxilində olan şəhvət atəşini söndürər və insanın heyvani hisslərini zəiflədər. Onun yerinə mələkut sifətlərini gücləndirər və təqvasını artırar. Allah ona görə buyurur ki, oruc Mənim üçündür və Mən özüm onun savabını verəcəyəm.

 

Orucun 3 dərəcəsi vardır.

1. Ümumi oruc.

2. Xüsusi oruc.

3. Xüsusi xüsusi oruc.

 

Ümumi oruc odur ki, qarnını yeməkdən və içməkdən saxlayasan, şəhvətdən uzaq olasan.

Xüsusi oruc odur ki, bütün bədən üzvlərin oruc tutsun: qulağın, gözün, ayaqların...

Xüsusi xüsusi oruc isə qəlbin orucudur. Qəlbi Allahdan qeyrisindən uzaq saxlamaqdır. Bu qəlb dünya alçaqlıqlarına diqqət etməkdən çəkinər. Onun orucunun iftarı axirət mövzuları barəsində düşünməkdir.

 

Oruc tutanın orucunu pozan əməllər: yersiz sözlər, yalan, qeybət, söz gəzdirmək, söyüş, zülm, düşmənçilik, riyakarlıq.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc – atəşdən qalxandır. Ona görə də sizlərdən kim oruc olsa, söyüş söyməsin, cəhalətliyi üzündən söz deməsin, kimsə onunla dava etməyə qalxsa, ya onu söysə, desin ki, orucam”.

Allah bizlərə orucun üçüncü dərəcəsinə çatmağı nəsib etsin. Çünki bu dərəcə ali insanların dərəcəsidir. İnsanı Allaha yaxınlaşdırar və onun razılığını əldə edər. (Beytutə)

 

Bəs orucun əsil sirri nədədir?

 

Həzrət Peyğəmbər (s) meracda olan zaman Allaha buyurur: “Allahım! Oruc tutmağın mirası nədir?”.

Xitab gəlir: “Oruc, insanda hikmətin yaranmasına səbəb olur. Hikmət də mərifətin yaranmaq mənbəyidir. Mərifət isə insan canında yəqinin hasil olma amilidir.

O zaman ki, bəndə yəqinə çatar, necə yaşadığına görə qorxusu olmaz, istər çətinlikdə, istərsə də asanlıqda”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Necə də həqiqi oruc tutanlar azdırlar, necə də ac olanlar çoxdurlar (yəni, zahiri oruc tutanlar).

Bu gecə Ramazan ayının 18-dən 19-na keçən gecə ilk qədr gecəsidir və İran xalqı məscidlər və müqəddəs məkanlarda bu gecənin mərasimlərində iştirak edir.

Mübarək Ramazan ayının 19, 21 və 23-cü günlərinə keçən gecələr qədr gecələridir və müsəlmanlar bu gecələri oyaq qalaraq, Cövşəni-kəbir duası oxuyur və Allahla razu-niyaz edir. 

Qədr gecəsi il boyu bütün gecələrdən daha fəzilətli olan gecədir və ondakı əməl min ayın əməlindən üstündür, il boyu müqəddərat bu gecədə müəyyənləşir. 

İslami İranın mömin xalqı bu il koronavirus pandemiyasına qarşı tədbirləri nəzərə alaraq səhiyyə protokolları və sosiyal məsafə qaydalarını riayət etməklə məscidlər və müqəddəs məkanlarda qədr gecəsinin mərasimlərini yerinə yetirir. 

Ramazan ayının 19-u həmçinin şiələrin birinci imamı Həzrət Əmirəl-möminin Əlinin(ə) xəvaricdən olan İbn Mülcəm Əl-Muradi tərəfindən süb namazı qılarkən zərbət aldığı günə təsadüf edir. 

SəhərAzeri telekanalı mübarək Ramazan ayında xüsusiylə qədr gecələrində bütün dünya müsəlmanlarının dualarının Allah taala tərəfindən qəbul olunacağını diləyir. 

Məsumlarımız (ə) buyurur ki, oruc ancaq yemək və içmək çəkinmək deyildir. Orucun zahiri ədəbi ilə yanaşı, batini ədəbi vardır ki, hər şeydən daha mühümdür. Oruc tutan insan məhz orucun batini ilə seyr yoluna daxil olar və Allaha yaxın olar.

 

Əslində orucun həqiqəti onun batini ilə kamil olar. Misal üçün, buyururlar ki, hər kim din qardaşının arxasınca pis sözlər deyər, onun orucu batil olar.

 

İmam Sadiq (ə) buyurur: “O zaman ki, oruc tutursan, gərək bütün bədən üzvlərin imsak halında olsun”.

 

İnsan əgər dilini saxlaya bilmirsə və əli və ayağı günaha doğru gedirsə, bu insanın orucu batil olar. Bu səbəbdəndir ki, Məsumlarımız (ə) buyurur: “Nə qədər azdır oruc tutanlar və nə qədər çoxdur ac qalanlar”.

 

Həmçinin Əhli-Beytdən (ə) buyurulur: “O kəs ki, oruc tutar, ancaq əmanətə xəyanət edərsə və danışan zaman yalan deyərsə, sözünə əməl etməzsə – bu cür insan münafiqdir”.

 

İmamlarımız (ə) buyurur ki, haram mal yemək, başqalarının haqqını tapdalamaq, oruc olan qonşuya əziyyət vermək – orucu batil edər.

 

Bu saydıqlarımız orucun həqiqətləridir, məğzi deyildir. Orucun məğzi odur ki, bir cəmiyyət nəfsinə hakim olmağı bacarsın və bir millət azad və izzətli olsun. Çoxlu zəhmət çəksin və az israf etsin.

 

O millətlərin ki, izzəti-nəfsləri vardır – onlar orucdan ilham almışlardır. Çünki, orucun tərbiyəvi rolu vardır ki, onun sayəsində cəmiyyətin hər bir üzvü nəfsini islah edər və əxlaqını düzəldər. Cəmiyyətin tərəqqi etməsi üçün əlindən gələni edər. İsrafdan çəkinər və qənaətə üz tutar. Halal qazanc dalınca olar. (Həvzəh)

 

Hər bir halda deyə bilərik ki, orucun insan cisminə, mənəviyyatına, iqtisadiyyatına təsiri böyükdür və qurucu rola malikdir.

Allah bizlərə bu ayın fəzilətlərindən daha çox bəhrələnməyi nəsib etsin.

Məsumlarımız (ə) mübarək Ramazan ayı (ə) haqqında nələri buyurmuşdular?

 

Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan (ayı) ona görə belə adlandırılmışdır ki, günahları yandırar”.

 

İmam Baqir (ə) buyurur: “Deməyin ki, Ramazan gəldi və Ramazan getdi. Çünki Ramazan – Allahın adlarındandır ki, getmir və gəlmir. Gedib-gələn şey – aradan gedəndir. Deyin ki, Ramazan ayı. Ayı ona əlavə edin.

Ramazan ayı o aydır ki, Quran onda nazil olmuşdur və Allah onu bayram qərar vermişdir”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Həqiqətən, Allahın bərəkətli və rəhmətli ayı siz üz çevirmişdir. O ay ki, Allah yanında ən üstün aydır. Gündüzləri – ən yaxşı gündüzlər, gecələri – ən yaxşı gecələrdir. Elə bir aydır ki, bu ayda Allah qonaqlığına dəvət olunarsınız”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimə Ramazan ayında beş şey verilər ki, məndən əvvəl heç bir ümmətə verilməmişdir.

Ramazan ayının ilk günü Allah onlara nəzər salar. Hər kimə ki, Allah nəzər salar, ona artıq əzab verməz. Ağızlarının iyi – Allah yanında müşkdən də xoş ətirlidir.

Mələklər onlar üçün hər gecə və gündüz bağışlanma istəyərlər. Allah behiştə əmr edər: “Özünü mənim mömin bəndələrim üçün bəzə”.

Ramazan ayının sonuncu gecəsi gəlib çatanda Allah hamını bağışlanmış və əfv olunmuş qərar verər”. (Həvzəh)

 

Həzrət Peyğəmbər (s) buyurur:

“Hər kim Allah üçün oruc tutar, Allah ona yeddi şey verər:

1. Haram onun bədənində əriyər.

2. İlahi rəhmətə yaxınlaşar.

3. Atası Həzrət Adəmin (ə) günahlarının kəffarəsi olar.

4. Ölümün can verməsi onun üçün asan olar.

5. Qiyamət günündə aclıq və susuzluqdan amanda olar.

6. Allah ona atəşdən bəraət verər.

7. Behiştin ləzzətli yeməklərini onun ruzisi edər”.

Page 1 of 24