Bazar, 29 Dekabr 2013 01:04

İSLAM PEYĞƏMBƏRININ XƏDICƏ ILƏ AILƏ HƏYATI QURMASI

İSLAM PEYĞƏMBƏRININ XƏDICƏ ILƏ AILƏ HƏYATI QURMASI

Peyğəmbərin mübarək ömründən iyirmi beş il keçdi. Xuveyld qızı Xədicə varlı və hörmətli bir qadın idi. Ticarətlə məşqul olardı. Ticarət etmək üçün kişiləri muzdla tutar, onlarla ticarət işlərini yerinə yetirmək üçün müqavilələr bağlayıb və onları ticarət səfərlərinə göndərərdi.
Qeyd etdiyimiz kimi Qüreyş də öz dövranını ticarət ilə başa vurardı (hər il iki dəfə Şam və Yəmənə ticarət səfərinə yollanardılar)
Peyğəmbərin dillər əzbəri olan doğru danışmağı, əmanətdarlığını, xoş xasiyyətcil olmasını Xədicə də eşitmişdi. Elə buna görə də Xədicə onun yanına adam göndərərək, peyğəmbərə Şama ticarət səfərinə getməyi təklif etdi. Bunun müqabilində peyğəmbərə digərlərinə ödədiyindən artıq muzd verəcəyini və Meysərə adlı qulu özü ilə bərabər aparacağını qeyd etdi. Peyğəmbər onun təklifini qəbul edib, Xədicənin ticarət mallarını götürərək Meysərə ilə Şama yollandı. Dayanacaqların birində Məhəmməd (s) bir rahibin monastrının yaxınlığındakı ağacın kölgəsində düşərgə saldı. O həzrəti görən rahib Meysərəyə tərəf dönərək soruşdu:

O ağacın altında istirahət edən kişi kimdir?
Meysərə dedi: Məkkə əhlindən qüreyşli bir kişidir.
Rahib dedi: Bu ağacın altında peyğəmbərdən başqa kimsə düşərgə salmaz.
Hər halda peyğəmbər (s) Şama gətirdiyi Xədicənin mallarını satdı və əvəzində istədiklərini alaraq Qüreyş karvanı ilə Məkkəyə tərəf yola düşdü. Yol əsnasında Meysərə müşahidə edirdi ki, günorta vaxtı günün qızmar vaxtı dəvəyə minmiş peyğəmbərin başı üzərində iki mələk peyda olar və günəşin o həzrətə ziyan verməməsi üçün ona kölgə salardılar.
Peyğəmbər Məkkəyə qayıtdıqdan sonra Xədicə həzrətin aldığı malları iki qatına və ya daha çox baha qiymətə satıb çoxlu qazanc götürdü. Meysərə də Rahibin sözlərini və mələklərin kölgə salmasını Xədicəyə danışdı.
Xədicə hörmətli, bilikli və şərafətli bir qadın idi. Digər tərəfdən də Allah iradə etmişdi ki, o iffətli xanımın əzəmət və şəxsiyyətini artıraraq ucaltsın. Meysərənin danışdığı sözlər də bu prosesi sürətləndirdi (xülasə Xədicənin ürəyində meyl yarandı və Əmin kimi tanınan Məhəmmədin həyat yoldaşı olmaq həvəsi baş qaldırdı) və buna görə də peyğəmbərin yanına adam göndərdi. Xədicə çox var- dövlətli, iffətli, namuslu, şərafətli, ailə və qohumluq şəxsiyyətinə və digər müsbət cəhətlərə malik olduğuna görə bütün Qüreyş kişilərinin onunla ailə həyatı qurmaq arzusunda olmasına baxmayaraq, o peyğəmbərə özünü təqdim edib dedi: Mənim əziz əmim oğlu, sən Qüreyş arasında şərafətli, xoş xasiyyət, doğrudürüst və əmanətcil olduğuna görə, mən də sənə qarşı meyl yaranıb və istəyirəm ki, sənin həyat yoldaşın olum. Beləliklə o həzrət ilə ailə həyatı qurmaq istədiyini peyğəmbərin mübarək qulağına çatdırdı. Peyğəmbər bu barədə öz əmilərinə xəbər verdi: Həmzə ibn Əbdül Mütəllib (Allah ondan razı olsun) Xüveylənin yanına gələrək Xədicəyə elçilik edib, onu peyğəmbərlə evləndirdi. Xədicənin Mehriyyəsi 20 dəvə idi. Xədicə peyğəmbərin ailə həyatı qurduğu ilk qadın idi. Nə qədər ki, Xədicə həyatda idi peyğəmbər digər qadınla ailə həyatı qurmadı.
Peyğəmbərin Xədicədən olan övladları:
Anası Misrin Həfn xilafətindən olan Qibtili Mariyə ilə peyğəmbərin İbrahim adlı övladından başqa bütün övladları Xədicədən dünyaya gəlmiş idi.– Mariyəni İskəndəriyyə padşahı Moqoqos peyğəmbərə hədiyyə göndərmişdi. Peyğəmbərin Xədicədən olan övladları yaş etibarı ilə bu ardıcıllıqdadır.
Qasim– Ona görə də Həzrətinn künyəsi Əbül Qasim idi– Teyyib, Tahir, Rüqəyyə, zeynəb, Ümmü Külsüm və Fatimə (Allahın salamı olsun ona)
Peyğəmbərin oğlanları yəni Qasim, Teyyib və Tahir o həzrət peyğəmbərliyə yetişməzdən öncə dünyadan köçdülər. Amma qızlarının hamısı peyğəmbərliyə yetişənə qədər həyatda idilər. İslam dinini qəbul edib, o həzrət ilə Mədinəyə hicrət etdilər.
Xədicə və Vərəqət ibn Nofəlin dastanı
Xədicənin əmisi oğlu Vərəqət ibn Nofəl çoxlu kitablar oxumuş idi. O, xristian dininə qulluq edirdi. Xədicə onun yanına gedərək Şam yolunda rahibin Meysərəyə dediyi sözü ona danışdı. Habelə Meysərənin öz gözləri ilə gördüyü mələklərin kölgə salma əhvalatını da ona danışdı. Vərəqə dedi: Əgər Meysərənin dedikləri doğrudursa onda Məhəmməd bu ümmətin peyğəmbəri olacaq. Mən kitablarda oxumuşam ki, bu ümmətə bir peyğəmbər göndəriləcək ki, indi onun gəlmək vaxtı çatıb. Sonra isə o zaman üçün çəkdiyi intizara görə öz- özünə deyir və təkrar edirdi ki: Kim nə vaxta qədər? O vaxt bu haqda şerlər oxudu.

Şərh yaz


Məxfi kod
Yenilə