Bazar, 29 Dekabr 2013 01:03

PEYĞƏMBƏRIN (S.A.S) ƏZƏMƏTINDƏN DƏRSLƏR

PEYĞƏMBƏRIN (S.A.S) ƏZƏMƏTINDƏN DƏRSLƏR

İnsanlarla bərabərliyə riayət əzəməti
Bu xüsusiyyətdə Peyğəmbər yeganə nümunədir. İlahi vəhy və Quran ayələri vasitəsilə insanlar arasında bərabərliyi elan edir və əməli şəkildə onu öyrədirdi.
Məclislərinin yuxarı, aşağı hissəsi yox idi. Peyğəmbərlə səhabələri oturan zaman onu ayırmaq mümükn olmurdu ki, desinlər, bu ən yüksək məqama sahibdir. Peyğəmbərin gözündə hamı eyni idi.
Bədr döyüşündə dəvə və at az olduğundan hər iki yaxud üç nəfərdən birinə bir minik verilirdi ki, növbə ilə minsinlər.

Həmçinin Peyğəmbərə (s.a.s) də biri Əli (ə) olan iki nəfərlə birlikdə bir minik verilmişdi. Peyğəmbərin yerə düşmək növbəsi çatdıqda Əli (ə) və digər nəfər ya Rəsulillah siz düşməyin, biz piyada gələrik. Amma Peyğəmbər qəbul etmirdi və düşürdü və bunu buyururdu:" Nə siz məndən piyada getməkdə bacarıqlısınız və nə də mənim Allahın əcr, savab və rəhmətinə ehtiyacım sizdən azdır." (Dəlailin nübuvvə, cild 3, səh 39)
Müharibələrin birində bir qoyunu kəsib. Bişirmək istəyirdilər. Hər bir kəs bir işi öhdəsinə götürmüşdü Peyğəmbər buyurdu: Mən də odun toplayaram. Dedilər: Biz səni işdən azad edirik. Buyurdu: istəmirəm ki, mənim sizlərdən üstünlüyüm olsun" (Məkarimil əxlaq, səh 251, Baharul ənvar, cild 73, səh 273).
Əsaslı ictiami istilahatlarda əzəmət
Tarixdə Peyğəmbərin belə qısa müddə ərzində fikri, elm və ictimai inqilab yaradan belə cərəyan olmamışdır. Mənfuluti deyir: Bir şəxs Peyğəmbərə dedi: Ya Rəsuləllah! Biz sizə necə təşəkkür edəcəyimizi bilmirik. Sizin bizim üzərimizdəçox böyük haqqınız vardır. Bizi pis xüsusiyyətlərdən və adətlərdən, giriftar olduğumuz küfrdən xilas etdiniz. Daha sonra yeddi yaşlı qızını diri- diri qəbrə qoyduğunu danışdı. Unuda bilmirəm. Gözəl və şirindilli qızımı qəbr qazıb onu ora qoyduğumda və torpağı onun üzərinə tökdüyüm zaman ətəyimdən tutduğunu. Mənə yalvarırdı. Deyirdi: Ata nə üçün mənimlə belə davranırsan? Amma hər nə qədər yalvardı, ağladı və zar çəkdisə, məni öz tutacağım cinayət işindən yayındıra bilmədi. Mən öz şirindilli qızımı diri- diri torpağa basdırdım. Sən ey Peyğəmbər! Mənim üzərində minnətin və haqqın vardır ki, məni bu çirkin işdən xilas etmisən. Tolustoy yazır: Şübhəsiz, Muhəmməd (s.a.s) ictimai böyük xidmət göstərən uca şəxsiyyətdir. Ümməti haqqa dəvət etmək və qan tökmələrə, qızların diri- diri torpağa basdırılmasının və insanların qurban edilməsinin qabağın almaq fəxri və iftixarı ona bəsdir. Onun kimi şəxs ehtiram və hörmətə layiqdir.
Qanun və əhkamın yaradılması və izahında əzəmət
İslam Peyğəmbərinin yaratdığı böyük qanunvericilik və şəriət heç bir kəsə nəsib olmamışdır. Bundan əlavə yaradılmış qanunlar və qaydaların heç biri kamil olmamış və eyib və nöqsanlara malikdir. Həmiçinin müvəqqətidir. Deməli iyirmi üç il kimi qısa bir zamanda həmçinin müxtəlif təhlükələrə və vaxt aparan ibadət, iqtisadi, siyasi, əxlaqı və ailə işlərinə baxmayaraq bütün insan həyatının sahələrində ictimai, siyasi, əxlaqi, şəxsi və s qanunlar yaradılmışdır. Bu qanunvericilik və qaydaların təşkili dünya tarixində görülməmişdir. Hər kəs buna inanmırsa özü İslam qanunlarını araşdıra bilər. Həmçinin insaflı qeyri- müsəlman olan təhqiqatçıların nəticələrinə müraciət edə bilər.
Məgər bu bir əzəmət deyilmi ki, bir şəxs heç bir müavin, köməkçi, hüquq, iqtisadiyyat, tibb sahəsində keçmiş sabiqəsi olmayan, ticarət, mali və qeyri insan hüquq qanunları və digər qanunlar barəsində məlumatı olmayan biri insan həyatını əhatə edən bütün qanunları cəmiyyətə versin. Həqiqətən bu əzəmət təəccüblü və heyrətlidir.
Elm və maarifdə əzəmət
İslam elm dinidir. Maarif dinidir. Peyğəmbərin (s.a.s) əzəmətindən biri də ilahiyyat, Allahşünaslıq, məad və digər sahələrdə ən möhkəm və məntiqi binövrəyə sahib maarif və elm təsis etməsidir.
İslam Peyğəmbəri şübhəsiz ki, savadsız olmuşdur. Ümumiyyətlə Ərəbistan yarmadası elm məntəqəsi olmamışdır. Əgər bir şəxs həm bir neçə kələmə yazmağı öyrənə bilirdisə, bu onun elm və maarif öyrənə bilməsinə əsas vermir. Necə ki, milyonlarla insan oxuyub. Yazmaq bilir, amma həqiqətlər və maarif barəsində məlumatı yoxdur. İslam Peyğəmbəri tərəfindən irəli sürülən bu elm müxtəlif universitetlərdə, illərlə İlahiyyat, fəlsəfə və digər elm sahələri öyrənməklə əldə edilə bilməz. Bununla da ən düzgün və möhkəm əqaid və nəzəri fəlsəfəni həmçinin əxlaq və elmi hikməti insanların ixtiyarında qoyması mümkün deyil. Bunlardan savayı Quran və rəvayətlərdə elə elm sahələri nəbatçünaslıq (botanika), astronomiya, zərrəciklər, xəstliklərin qarşısının alınması və s barəsində geniş məlumat mövcuddur ki, alimlər illərdir bunu yazmaqla məşğuldurlar.

Şərh yaz


Məxfi kod
Yenilə