Bazar, 29 Dekabr 2013 01:01

İCTIAMİ İSTİLAHATLARDA İSLAM PEYĞƏMBƏRININ ƏZƏMƏTİ

İCTIAMİ İSTİLAHATLARDA İSLAM PEYĞƏMBƏRININ ƏZƏMƏTİ

Tarixdə İslam Peyğəmbərinin belə qısa müddə ərzində fikri, elm və ictimai inqilab yaradan belə cərəyan olmamışdır. Mənfuluti deyir: Bir şəxs Peyğəmbərə dedi: Ya Rəsuləllah! Biz sizə necə təşəkkür edəcəyimizi bilmirik. Sizin bizim üzərimizdəçox böyük haqqınız vardır. Bizi pis xüsusiyyətlərdən və adətlərdən, giriftar olduğumuz küfrdən xilas etdiniz. Daha sonra yeddi yaşlı qızını diri- diri qəbrə qoyduğunu danışdı. Unuda bilmirəm. Gözəl və şirindilli qızımı qəbr qazıb onu ora qoyduğumda və torpağı onun üzərinə tökdüyüm zaman ətəyimdən tutduğunu. Mənə yalvarırdı. Deyirdi: Ata nə üçün mənimlə belə davranırsan? Amma hər nə qədər yalvardı, ağladı və zar çəkdisə, məni öz tutacağım cinayət işindən yayındıra bilmədi. Mən öz şirindilli qızımı diri- diri torpağa basdırdım. Sən ey Peyğəmbər! Mənim üzərində minnətin və haqqın vardır ki, məni bu çirkin işdən xilas etmisən.

Tolustoy yazır: Şübhəsiz, Muhəmməd (s.a.s) ictimai böyük xidmət göstərən uca şəxsiyyətdir. Ümməti haqqa dəvət etmək və qan tökmələrə, qızların diri- diri torpağa basdırılmasının və insanların qurban edilməsinin qabağın almaq fəxri və iftixarı ona bəsdir. Onun kimi şəxs ehtiram və hörmətə layiqdir.

Peyğəmbər dünyadan keçməmiş bütpərəstlik Ərəbistan yarmadasından yığışıldı. Bütpərəstlikdən əsər belə qalmadı. Allaha ibadət, namaz, oruc, zəkat və digər əməli İslam proqramları həyata keçməyə başladı. Şərab içmək geniş yayılmışdı və ayənin nazil olması ilə bir nəfər olsun belə dilinə şərab vurmadı. Qumar yığışıldı. Qadın və qızlar izzət və hörmət əldə etdilər və həqiq insan kimi müamilə olunmağa başlandılar. Nökər və qullar insan kimi hörmət görməyə başladı. Onların azad olunmasına sürətlə başlandı. Alış-verişlər və müamilələr düzgün aparılmağa başlandı. İffətsizlik, zina və qadınların dost edilməsi və digər bəyənilməyən işlərdən əsər qalmadı. Təkəbbür və loğvalıq ar hesab edildi. Təvazökarlıq fəxr hesab edildi. Qanunlar və qaydalar, ticarət, icarə, sülh, irs, vəsiyyət qəzavət işləri və s islam qaydaları əsasında həyata keçdi.

Şərh yaz


Məxfi kod
Yenilə