Bazar, 29 Dekabr 2013 00:59

İslam Peyğəmbərinin Uşaqliqdan Besətə Qədərki Dövrü

İslam Peyğəmbərinin Uşaqliqdan Besətə Qədərki Dövrü

Bu dövrdə o həzrət öz əxlaqı, təvazökarlığı, iffəti, əliaçıqlığı,sədaqət və əmanətdarlığı ilə o qədər məşhurlaşdı ki, onu Məhəmməd Əmin ləqəbi verdilər. Böyük ərəb qəbilələri arasında Həcərül- Əsvədi kimin yerinə qoyacağı barəsində ixtilaf o həddə çatmışdı ki, aralarında müharibə düşəcəkdi. Hamısı o Həzrəti münsif qəbul etdilər. Onun verdiyi qərar aradakı ixtilafı həll etdi və bütün qəbilələri razı saldı.

Bu dövrdə o Həzrətdən (s) yersiz hərəkətlər və eyş işlərində iştirak etdiyi müşahidə olunmayıb. Yetimləri himayə edir, camaata qonaqlıq verirdi. Zəif və kasıblara əl tutur, məzlumlara kömək edirdi. Abdullah bin Cüdğanın evində baş verən zülm və təcavüzün qarşısını almaq üçün Bəni- haşim, xüsusilə peyğəmbərin əmisi Zübeyr tərəfindən bağlanılan müqəddəs Həlful- Füzül peymanında səmimiyyətlə iştirak etmiş, sonralar da onun xatirəsini əziz tuturdu.

(Zilqədə ayında Qüreyş " Fəcar" döyüşündən qayıtdıqdan sonra Abdullah bin Cədanın evidə yığılıb əllərini Zəm-Zəm suyunda yuduqdan sonra bir- biriləri ilə əhd bağladılar ki, Bundan sonra Məkkədə olan hər məzlumun köməyinə çatıb haqqını alsınlar. Əhddə iştirak edənlər bunlar idi " Bəni- haşim", " Bəni Mütəllib bin əbdül Mənaf", "Bəni Zöhrə bin Kəlab", " Bəni Təyyim bin Mərre", "Bəni əsəd bin Əbdül Əziz" Əhdi bağlamaqlarının səbəbi o idi ki, Zübeydli kişi Məkkəyə daxil olur. Əlində mal olur. "As Bin Vail" onu alaraq qarşılığında razılaşdıqları məbləği ödəmir.  Aralarında mübahisə düşür. Zübeyd əhli Ehlafdan (əhd bağlayanlardan) kömək istəyirlər. Onları " Ləqətul dəm" adlandırdılar. Çünki əhd bağlayan zaman əllərini qana batırmışdılar. Onlar  Əbdüddar, Məxzum, Cəmh, Səhm və Əbdi bin Kəbdən ibarət idilər. Ehlaf zübeydiyə kömək eləməkdən çəkinir və onu ğzlərindən uzaqlaşdırırlar. Zübeydli əbu Qubeys dağının başında dayanıb fəryad çəkib köməyə çağırırdı." Zübeyr bin ƏbdülMütəllib" və əhdin digər üzvləri öz aralarında and içdilər ki, imkan çatdığı qədər məzlumların haqqını alacaqlar.  Mərasim bitdikdən sonra " As bin Vailin" yanına gəlib malı ondan alır və sahibinə qaytarırlar. Bu əhdin adı " Hulful fizil" yəni fəzllərin əhdi idi. Çünki keçmişdə " cərhimilərin" arasında bu adda əhd olmişdir.  Zəiflərin hüququnu qorumaq üçün idi. Onların adları bunlardan ibarətdir. " Fəzl bin Fəzalə"," Fəzl bin Haris"," Fəzl bin Vədaə". " Zübeyr bin əbdül Mütəllib" və digər əhd iştirakçılarının bağladıqları əhdin hədəfi " Həlful Füzul " əhdinin hədəfi ilə eyni olduğundan (Məzlumların haqqını müdafiə eləmək )bu adı götürürlər.

Məzlumların həyatını sığortalayan bu əhddə Peyğəmbər (s) iştirak edir. Bu əhdin əhəmiyyəti haqqında buyurur. "Əbdullah Codanın evində elə bir əhdin şahidi oldum ki, indi də (besətdən sonra) məni çağırsalar cavab verərəm. İndi də öz əhdimə vəfadaram."

 Fəzllərin əhdi o qədər möhkəm idi ki, gələcək nəsillər ona əməl etməyi özlərinə vəzifə bilirdilər. Buna şahid olaraq Müaviyyə tərəfindən Mədinəyə təyin olunmuş hakim" Vəlid bin Ütbə bin Əbu Süfyan" Müaviyyənin qardaşı oğlunun hakimiyyəti dövrlərində baş vermiş hadisəni göstərə bilərik. Şəhidlər sərvəri İmam Hüseynin ə. mal üstündə  Mədinə hakimi ilə ixtilafı düşür. O zülmü aradan aparma, camaatı öz haqqından agah eləmək üçün Mədinə hakimi ilə üz- üzə gəlir. Belə deyir Allaha and olsun mənə zülm eləsən qılınca əl atacam. Peyğəmbər məscidində durub camaatı atalarının bağladıqları peymana dəvət edəcəm. Bu zaman Abdullah bin Zübeyr qalxır və o dediklərini təkrar edir. Əlavə olaraq deyir ki, hamımız birləşib ya onun haqqını alacaq, ya da bu yolda öləcəyik. İmam Hüseynin ə. Dəvəti qeyrətli şəxslərin "Məsur bin Məxrəmə" və "Əbdürrəhman bin Osman" kimilərinin qulağına çatır. Bütün Ləbbeyk deyənlər İmam Hüseynə ə. doğru tələsirlər. Nəticədə hakim bu hadisədən qorxub zülm eləməkdən əl çəkir.) ]Əs-səhih min sirətun- nəbi, c 2, s. 140- 14 [

İyirmi beş yaşında başbilən və dövlətli xanımlardan olan qırx yaşı keçmiş Həzrət Xədicə ə. ilə ailə qurur. Həzrət Xədicə öz sərvətini o Həzrətin s. ixtiyarında qoymuşdir. O həzrət s. də öz könlünün xoş olduğu yerlərə yox camaatın rifahı, zəiflərə əl tutmaq üçün və fəqirlərə xərcləyirdi.

Şərh yaz


Məxfi kod
Yenilə