Cümə, 27 Dekabr 2013 23:28

İmam Həsən (ə) haqqında neçə hekayə

İmam Həsən (ə) haqqında neçə hekayə

Allahın istiqbalı

Müəzzinin səsi azan deməyə ucalanda mübarək siması dəyişiləridi və rəngi sarı olurdu. Həzrətdən bu barədə soruşanda, İmam buyurdu:

Qəti olaraq Tanrı mən tərəfə bir şey göndərib ki məni öz məxsus xidmətinə çağırır. Mən bilmirəm qəbul edəcək yoxsa rədd! Niyə mənim rəngim dəyişməsin?

Məni qəbul et

İmam Həsən (ə) məscid qapısına çatdəqda başını asimana tutub uca deyərdi: Bar İlaha! Sənin qonağın evin qapısında dayanıb! Pis əməlli bir adam sənən tərəfə gəlib. Ey kərim ! Sənin yanında olan yaxşılıqlara görə mənin pisliklərimdən keç.

Yaxşılığa yaxşılıqla cavab ver

Ənəs ibn Malik  deyir: Mən İmam Həsən (ə)-ın yanında idim. Bir kəniz onun yanına daxil oldu və bir dəstə gül ona ehtiram əlaməti olaraq, təqdim etdi. İmam onu alaraq buyurdular: Sən Allah yolunda azadsan!.

Mən dedim: Sizin öz kəniziniz sizə bir dəstə gül təqdim etdi və sizdə onu azad etdiniz? İmam cavabda buyurdular: Allah taala bizi belə tərbiyət edibdir ki, "Sizə salam və ya ehtiram olunduqda siz ondan yaxşısını və ya onun kimisini verin". İndi mənə verdiyi bu dəstə güldən daha yaxşısı onun azadlığıdır. Bu cəhətdən onu azad etdim.

Qonşuya ehtiramın təsiri

Şeyx Əbdurrəhman Səfuri özü Əhli sünnə alimlərindəndir, nəql edib ki Həzrəti Əli (ə) yəhudu bir qonşusu vardı. Onun evinin divarı aralandığından, çirkin sular İmam Həsən (ə) ın evinə tökülürdü. Yəhudinin bu hadisədən xəbəri yox idi. Günlərin bir günü onun yoldaşı İmam Həsən (ə)-ın evinə getdi və gördü onların evinin çirkin suları İmamın evinə nüfuz edib. O evə gələrək yoldaşını cərəyandan agah etdi. Yəhudi İmamın evinə gələrək qabağa gələn əhvalatdan üzrxahlıq etdi.

İmam üzrxahlığın qarşısında dedi: Mənin cəddim bizi qonşunu əziz tutmağa əmr buyurub.

Yəhudi  bu hadisədən islam gətirdi və müsəlman oldu.

Şərh yaz


Məxfi kod
Yenilə