Cümə, 27 Dekabr 2013 23:26

İmam Həsən Müctəba (ə) və sülh məsələsi

İmam Həsən Müctəba (ə) və sülh məsələsi

Tarix boyu belə bir sual icad olmuşdur. Nəyə görə İmam Həsən (ə) Müaviyə ilə sülh etdi?Nəyə görə İmam Hüseyn (ə) qiyam etdi, amma qardaşı İmam Həsən(ə) sülh etməklə kifayətləndi?
Bu suallara aşağıdakı qısa cavablarla kifayətlənirik: Atası Əli İbn Əbu Talib şəhadətə yetdikdən sonra ilahi imamət məqamı imam Həsən (ə) tərəfindən yerinə yetirilmişdir. İmam Həsən (ə) atası Əli ibn Əbu Talibin xilafətdə tutduğu yolu davam etmiş və həmişə zalımlara qarşı mübarizə aparmışdır. Lakin dostlarının vəfasızlığı, tərəfdarlğrının pula, var-dövlətə satılması, müsəlmanların avamlığı və cahilliyi, İmamı meydanda tənha qoymuş və nəhayət zəmanəsinin ən təhlükəli cinayətkarı olan Müaviyə ilə sülh etməyə məcbur etmişdir. İmam (ə) Əhli-beyt tərəfdarlarının, məzlumların, İslamın, Quranın və Peyğəmbər sünnəsinin xeyrinə olan şərtlərlə müaviyə ilə sülh bağlayır. Bundan əlavə Müaviyə üçün sülhnamədə müəyyən olunmuş müddət bitdikdən sonra xilafəti əgər İmam Həsən (ə) sağ olarsa ona, olmazsa qardaşı Heseynə (ə) təhvil verməli idi. Bu tarixi hadisə haqqında əziz islam Peyğəmbəri (s) belə buyurur: "Həsən müsəlmanların ağasıdır, vaxt gələcək o, müsəlmanlar arasında barışıq yaradacaq".
Bəli belə demək olar ki, İmam Həsənin (ə) sülhü İmam Hüseynin (ə) qiyamının müqədiməsi və başlanğıcı olmuşdur.

İmam Həsənin (ə) şücaətinə gəldikdə isə onun Cəməl, Səffeyn döyüşlərində göstərdiyi qəhrəmanlıqlar buna əsas sübutdur.İmam Həsən (ə) zəmanəsinin ən imanlı və ən təqvalı şəxsiyyəti olub. O həzrət dövrünün ən çətin anlarında dəfələrlə həcc ziyarətinə piyada getmiş (124 dəfə), bir neçə dəfə evdən boş köynəklə çıxıb bütün var-dövlətini imkansızlara vermişdir.
O həzrətin fəziləti haqqında isə bu kifayət edər ki, İslam Peyğəmbəri (s) onu öz çiynində otuzdurub belə buyurmuşdur: "Məni sevən gərək bunu sevsin" "İlahi mən Həsəni və onu sevənləri sevirəm".
İmam həsəndən (ə) rəvayət olunmuş hikmətli sözlər və hədislər təkcə İslam aləmində deyil, ümümiyyətlə dünyada tarix boyu öz təsirini qoymuş, insanlar da bu hədislərdən daima bəhrələnmişlər.
İndi isə onlardan bir neçəsinə diqqət yetirək.
1. İmam Həsən (ə) buyurmuşdur: Düşünün, düşüncə bəsirətli insanların könlünə həyat bəxş edir.
2. İmam Həsən (ə) buyurmuşdur: Dünya və axirətin səadəti ağıl və fikirlə qazanılır.
İmam Həsən (ə) buyurmuşdur: Təəccüb edirəm o adama ki, yediyinə fikir verir ki, sağlam olsun, amma ağıl və mənəviyyatına fikir vermir. Nəticədə qarınını ziyanlı yeməklərdən təmiz saxlayır, beynini isə azğın mətləblərlə doldurur.
4. İmam Həsən (ə) buyurmuşdur: Ağıllı olmayanın ədəbi, iradəsi olmayanın igidliyi, dini olmayanın abır-həyası olmaz.
5. İmam Həsən (ə) buyurmuşdur: öz bildiyini başqalarına öyrət və başqalarının bildiyini də öyrən. Beləliklə öz elmini möhkəmləndirib, bilmədiyini də öyrənmiş olarsan.
6. İmam Həsən (ə) buyurmuşdur: həyası olmayanın dini də olmaz.
İstifadə olunmuş ədəbiyyat.
1-Məsum imamların həyatı.
2-Bəharül-ənvar.
3-Mizanül-hədis.
4-Səfinətül-bihar.
5-Mənaqibi Ali-Əbutalib.
6-Kəşfül-qümmə.
7-Əl-İrşad.
8-Tarixül-xüləfa.

Şərh yaz


Məxfi kod
Yenilə