Təbriz Radiosu--Müqəddəs Qüds şəhərinin sakinləri mübarək Ramazan ayı ərəfəsində şəhərin bəzəmə işlərinə başlayıblar.
Deyerler.org xəbər verir ki, işğal altındakı Qüdsün içərişəhərindəki Bab Hatta məhəlləsində mübarək Ramazan ayına hazırlıq işləri çərçivəsində məhəllə rəngli işıqlarla bəzədilib.
Xatırladaq ki, qüdslülər mübarək Ramazan ayına hazırlıq məqsədilə məhəlləni bəzəməklə başlayır.