Cümə axşamı, 01 Aprel 2021 21:38

Bayden təyyarəyə minərkən yenə büdrədi

Bayden təyyarəyə minərkən yenə büdrədi

Təbriz Radiosu--ABŞ-ın prezidenti Co Bayden Pittsburqa getmək üçün prezident təyyarəsinə minərkən yıxılmaq təhlükəsi ilə üzləşib.

 Deyerler.org xəbər verir ki, yağışlı hava səbəbi ilə təyyarəyə minərkən Baydenin bir əlində çətir, bir əlində çantasını daşıyaraq ayağının büdrəməsi kameralara əks olunub.

 78 yaşlı Bayden martın 19-da Corcianın Atlanta şəhərinə səfərindən əvvəl təyyarəyə minərkən üç dəfə büdrəyərək yıxılmışdı. Ağ Ev Baydenin həddən artıq küləkli havaya görə, büdrədiyini açıqlamışdı.

 ABŞ-ın prezidenti son həftələrdə vitse-prezident Kamalə Harrisə “prezident” deməsi də, sosial şəbəkədə gündəmdə idi.

Media

Şərh yaz


Məxfi kod
Yenilə