Bazar ertəsi, 29 Mart 2021 22:45

Kərbəlada yüzminlərin iştirakı ilə Nimeyi Şəban gecəsi+Video

Kərbəlada yüzminlərin iştirakı ilə Nimeyi Şəban gecəsi+Video

Təbriz Radiosu-Kərbəla şəhərində Fərat çayının yanında İmam Mehdi Sahibəz-Zamanın (ə.f) məqamında milyonlarla insanın iştirakı ilə sağlamlıq protokollarına uyğun olaraq möhtəşəm mövlud mərasimi keçirilib.

Al-Kafeel  xəbər verir ki, İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarının Baş Katibliklərinin təşkilatçılığı ilə keçirilən möhtəşəm bayram tədbirində Həzrət İmam Höccət ibnil Həsənin (ə) mövludunu qeyd etmək üçün milyonlarla zəvvar cəm olub.

 Bayram şənliyində İmamın yaşına uyğun simvolik olaraq 1187 şam yandırılıb və üzərində Mehdi (ə.f) peyğəmbərlərin varisidir cümləsi yazılıb.

 Bu bayram şənliyi İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahları tərəfindən maliyyələşdirilən və hər il təşkil edilən ənənədir.

 Bayram tədbiri mövlud çıxışları və surudların ifası ilə davam edib.

 Xatırladaq ki, keçən il Kərbəlada iki müqəddəs hərəmin nəzdindəki İmam Hüseyn (ə) Mərasimləri və Prosesləri Departamenti Nimeyi Şaban tədbirləri üçün ayrılan vəsaiti koronavirusa görə, aztəminatlı və ehtiyaclı ailələr üçün ərzaq paylanılması prosesinə istiqamətləndirmişdi.

 

Media

Şərh yaz


Məxfi kod
Yenilə