Şənbə, 27 Mart 2021 19:16

Kərbəlaya doğru Nimeyi Şəban yürüşü başladı+Video

Kərbəlaya doğru Nimeyi Şəban yürüşü başladı+Video

TƏBRİZ RADİOSU-İraqlı Əhli-Beyt (ə) sevdalıları İmam Mehdi Sahibəz-Zamanın (ə.f) mübarək mövludu münasibətiylə Nimeyi Şəban ziyarətini etmək üçün İraqın ucqar cənubundan müqəddəs Kərbəla şəhərinə yürüşlərə başlayıblar.

İmam Höccət ibnil Həsənin (ə.f) mövludu münasibətilə İraqın cənubunu Şəhidlər Sərvərinin (ə) şəhəri ilə birləşdirən yol, yaşıl, sarı və qırmızı bayraqlar daşıyan insan seli ilə bəzənib.

 İmam Mehdinin (ə.f) aşiqləri olan gənclər, qadınlar və qocalar bu günlər ərzində müqəddəs Kərbəla şəhərinə doğru piyada ziyarətlərini davam etdirərək, Əhli-Beytin (ə) şad günlərinə sevinclərini təzahür etdirirlər.

 Yürüş boyu lazımlı təhlükəsizlik və sağlamlıq xidmətlərini göstərməklə yanaşı, onlara lazımi xidmətlər göstərmək üçün bəzi səyyar İmam Hüseyn (ə) alaylarının zəvvarların xidmətində durduğu bildirilir.

 Artıq Kərbəla şəhərində də təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.Deyerler.org

Media

Şərh yaz


Məxfi kod
Yenilə