Cümə axşamı, 21 May 2020 19:38

Suriya ordusu ABŞ-ın hərbi patrul karvanının qarşısını kəsdi

Suriya ordusu ABŞ-ın hərbi patrul karvanının qarşısını kəsdi

Suriya ordusu mayın 20-si Suriyanın şimal-şərq bölgəsindəki keçid məntəqələrindən keçməyə çalışan ABŞ-ın hərbi patrul karvanını saxlayıb.

 SANA- xəbər verir ki, Hasəkə qubernatorluğundakı yerli mənbənin bildirdiyinə görə, Suriya ordusu ABŞ-ın hərbi karvanını Umm Əl-Xayr kəndi yaxınlığındakı keçid məntəqəsini keçməyə çalışarkən saxlayıb.

 Mənbə qarşıdurmanın uzun çəkmədiyini və nəhayət ABŞ hərbi qüvvələrinin Təl Təmr kəndində nəzərdə tutulan istiqamətə başqa bir yol tapmaq üçün döndüyünü bildirib.

Media

Şərh yaz


Məxfi kod
Yenilə