Cümə, 15 May 2020 22:30

Bədəninin 85%-i iflic olan iranlı qızdan möhtəşəm rəsm əsərləri

Bədəninin 85%-i iflic olan iranlı qızdan möhtəşəm rəsm əsərləri

İranlı rəssam Fatimə Həmammi Nəsrabadi bir neçə ildir məşhur simaların, o cümlədən futbolçular Lionel Messi və Kriştiano Ronaldonun portretlərini yaratmaq üçün ayaqlarından istifadə edir.

 Bədəninin 85%-i iflic olan 31 yaşlı qız, sağ ayağındakı iki barmaq arasında qələmləri tutaraq, rəsm texnikasını nümayiş etdirib.

 Gənc yaşlarında sənətə həvəsini inkişaf etdirən və daha sonra peşəkar təhsil alan Hamami Nəsrabadinin, videoda əvvəllər tamamladığı Messi portretinə əlavə təsir bağışladığını görmək olar.

 “Bir rəssam olmaq istəyirəm və bu mənim ən vacib məqsədimdir”, - deyə Həmammi Nəsrabadi bildirib.

 Anasının Zöhrə Ərbabinin verdiyi məlumata görə, rəssamın əlilliyi doğuş zamanı on dəqiqə ərzində oksigendən məhrum olması ilə əlaqədardır.

 Gənc rəssamın atası Cavad Həmami Nəsrabadi isə qızı kimi əlillərə qayğı göstərməli və onların da istedadlarının aşkara çıxarılmalı olduğunu bildirib.

Media

Bu kateqoriyada daha ətraflı: « Nekbət Günü QÜDS BİZİMDİR »

Şərh yaz


Məxfi kod
Yenilə