Cümə axşamı, 10 Yanvar 2019 21:35

Çin Sky Hawk PUA-sının sınağının görüntülərini paylaşdı

Çin Sky Hawk PUA-sının sınağının görüntülərini paylaşdı

Çində Sky Hawk pilotsuz uçuş aparatının (PUA) sınaq uçuşu həyata keçirilib.

Sınağın görüntüləri CCTV (China Central Television) tərəfindən paylaşılıb.

 Qlobal Taymsda gedən xəbərə görə, paylaşılan videoda Sky Hawk PUA-sının uçuş görüntüləri ilk dəfə göstərilib.

 Qanadlarının eni 10 metr olan Sky Hawk adlı PUA-nın, elektromaqnit mancanaqla təchiz edilmiş olan Çinin təyyarə gəmisində istifadə olunacağı da qeyd edilib.

 Sky Hawk Çin Hava-Kosmik Elmləri və Sənaye Şirkəti (CASİC) tərəfindən hazırlanıb. PUA ilk uçuşunu 2018-ci ilin fevral ayında həyata keçirib. Bundan başqa, PUA-nın noyabr ayında Çinin Juhai şəhərində keçirilən Airshow China 2018 sərgisində təqdimatı keçirilib.

Media

Şərh yaz


Məxfi kod
Yenilə