Çərşənbə axşamı, 25 Dekabr 2018 22:30

Ukraynalı deputat canlı yayımda bir ekspertə hücum etdi

Ukraynalı deputat canlı yayımda bir ekspertə hücum etdi

Ukrayna parlamentinin (Ali Rada) deputatı İqor Mosiyçuk və siyasət elmləri mütəxəssisi doktor Aleksandr Semçenko, NewsOne kanalında canlı yayımda dava salıb.

 Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, canlı yayımlanan bir proqramda Mosiyçuk, politoloq Semçenkoyu Çeçenistanın prezidenti Ramzan Kadirovdan pul alaraq, Rusiya adından təbliğat aparmaqda ittiham edib. Semçenko da ittihamlara görə, Mosiyçuka ruhi xəstə deyib və bundan sonra Mosiyçuk Semçenkoya hücum edərək, təhqir edib.

 Daha sonra Mosiyçuk telefonundan bəzi məlumatlar göstərib və diktor da Semçenkodan studiyanı tərk etməsini istəyib. Bir müddətdən sonra Semçemko tələbi yerinə yetirib, ancaq studiyadan çıxarkən Mosiyçuka qarşı bəzi sözlər deyib.

 Mosiyçuk da Semçenkonun arxasınca gedib, onun kürəyinə əsasıyla vurub.

Media

Şərh yaz


Məxfi kod
Yenilə