Çərşənbə axşamı, 09 Yanvar 2018 23:52

Ənsarullah Səudiyyə rejiminin F15 təyyarəsini necə vurduğunu göstərdi+Video

Ənsarullah Səudiyyə rejiminin F15 təyyarəsini necə vurduğunu göstərdi+Video

Əl-Məsirə televiziyası Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin Səudiyyə rejiminə məxsus bir ədəd F15 döyüş təyyarəsinin vurduğunu göstərən videonu paylaşıb.

 Yəməndə minlərlə dinc vətəndaşın ölümü və on minlərlə uşağın yaralanmasına səbəb olan təcavüzkarlara aid bir F15 tipli döyüş təyyarəsi yanvarın 8-i Səna şəhərinin hava məkanında hədəfə alınmışdı.

Ancaq Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri qırıcısının texniki qəza səbəbilə düşdüyünü açıqlamışdı: “Təyyarədə olan 2 pilot sağdır. Quru və hava qüvvələrinin həyata keçirdiyi birgə xilas etmə əməliyyatı nəticəsində pilotlar hadisə yerindən təxliyə edilib”, - deyə koalisiya açıqlamasında qeyd etmişdi.

Media

Şərh yaz


Məxfi kod
Yenilə