Şənbə, 09 Oktyabr 2021 18:22

Suriya ordusu Yasim şəhərinə daxil oldu+Video

Suriya ordusu Yasim şəhərinə daxil oldu+Video

Suriya Əl-Əxbariyyə telekanalına görə, dünən (8 oktyabr) Suriya ordusunun bölmələri silahlıların, axtarışda olan kişilərin və əsgərlikdən qaçanların təslim olmasından sonra Yasim şəhərinə daxil olub.

Syria Alikhbari xəbər verir ki, ordu birlikləri insanların həyatını xilas etmək və hökumət qurumlarının geri qayıtması və xidmət fəaliyyətlərinin bərpası üçün yol açmaq üçün şəhərdə və ətrafında terrorçuların partlayıcı qalıqlarını axtarmağa başlayıblar.

 Suriya Əl-Əxbariyyənin müxbiri ordu birliklərinin gəlişi barədə verdiyi xəbərində bunları qeyd edib: “Ordu barışıq müqavilələrinin şərtlərinə uyğun olaraq Yasim şəhərində və ətrafında yerləşəcək”.

 Yasim şəhəri ölkənin şimalındakı böyük şəhərlərdən biridir. Barışıq müqaviləsi silahlıların, axtarışda olanların və əsgərlikdən qaçanların təslim olmasını və Suriya ordusuna silahlarını təhvil verməsini nəzərdə tutur.

 Silahlı insanların təslim olması Sanmin şəhərində də başlayıb. Onu da qeyd etmək olar ki, barışıq işi Dəraanın qərb və şimal-qərb ətraflarında tam həyata keçirilmişdir. Deyerler.org

Media

Şərh yaz


Məxfi kod
Yenilə