Bazar ertəsi, 04 Oktyabr 2021 00:43

Təyyarə körpünün altında ilişdi

Təyyarə körpünün altında ilişdi

Hindistanda təyyarə Dehli aeroportunun yaxınlığındakı sərnişin tunelinin altında ilişib.

Bu  barədə The Times of India yazır.

Air İndia-ya məxsus köhnə hava gəmisi başqasına satılıb. Yeni sahibi onu götürərkən qabaritlərini nəzərə almayıb. Ona görə də daşınan zaman layner şossenin bir hissəsini bağlayıb.

Sosial şəbəkələrdə paylaşılan videoda təyyarənin burnu ilə korpusunun yarısının keçidin altından keçdiyi, quyruq hissəsinin isə ilişdiyi görünür.

Media

Şərh yaz


Məxfi kod
Yenilə