Cümə, 22 May 2020 20:54

Dəməşqdə “Qüds şəhidlər yoludur” adlı Beynəlxalq Qüds Günü yürüşü

Dəməşqdə “Qüds şəhidlər yoludur” adlı Beynəlxalq Qüds Günü yürüşü

Dəməşqdə bu gün (22 may) “Qüds şəhidlər yoludur” başlığı altında koronavirusa qarşı görülən tədbirlərə uyğun olaraq Beynəlxalq Qüds Gününü qeyd etmək üçün maşınlarla mitinq təşkil edilib.

 SANA-  xəbər verir ki, maşınlar təşkil olunan mitinq, Əməvilər meydanından Məzzə şossesinə qədər gedilib, Əl-Əkrəm məscidində dayanılıb və Əməvilər meydanına geri qayıdılıb. Mitinqdə maşınlar üzərində Suriya və Fələstin bayraqları dalğalandırılıb.

 "Ölüm olsun Amerikaya", "Ölüm olsun İsrail rejiminə", "Ölüm olsun təkfirçi terrorçuların havadarlarına" şüarlarını səsləndirən suriyalılar, Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan ediblər və bu düşüncələrindən heç vaxt imtina etməyəcəklərini söyləyiblər.

Şərh yaz


Məxfi kod
Yenilə