Cümə, 22 May 2020 20:53

İraqda Beynəlxalq Qüds Günündə yürüş və etiraz aksiyaları keçirildi+Foto

İraqda Beynəlxalq Qüds Günündə yürüş və etiraz aksiyaları keçirildi+Foto

İraqda KOVİD-19 pandemiyası səbəbi ilə izdihamlı Beynəlxalq Qüds Günü nümayişləri ləğv edilsə də, ölkənin bir çox şəhərində kiçik yürüşlər və etiraz aksiyaları keçirilib.

 Deyerler.org xəbər verir ki, ən izdihamlı yürüş paytaxt Bağdadda keçirilib. Müqavimət təşkilatlarının hərbi paradı səviyyəsində keçirilən yürüşdə İraq, İran, Livan, Suriya və Fələstin bayraqları ilə yanaşı müqavimət hərəkatlarının bayraqları dalğalandırılıb, ABŞ və sionist rejimin məhvi və Fələstinin azadlığı üçün şüarlar səsləndirilib.

 Diyalə şəhərinin küçələri artıq neçə gündür Qüds günü şüarları və Müqavimət Cəbhəsi liderlərinin şəkilləri ilə bəzədilib. Bu gün (22 may) şəhərdə rəmzi bir yürüş də keçirilib.

 Oxşar yürüşlər Səlahəddin əyaləti və Bəsrədə də təşkil olunub.

Şərh yaz


Məxfi kod
Yenilə