Bazar ertəsi, 09 Aprel 2018 16:52

Xanım Ruqəyyənin (ə) məqbərəsindən gözəl götüntülər

Xanım Ruqəyyənin (ə) məqbərəsindən gözəl götüntülər

Şamda mənfur Yezidin sarayında atasının (ə) kəsik başını qucaqlayan Xanımın kiçik qəlbi bu səhnəyə dözə bilmir. Bu dəhşətli səhnə onun ölümünə səbəb olur.

Tarixi mənbələrə əsasən Xanım Ruqəyyə İmam Hüseynin (ə) 4 qızından biridir. Bu kiçik Xanım Kərbəladə ailəsi ilə birgə olmuş, nə qədər uşaq olsa belə, hadisə və döyüşlərin canlı şahidi olmuşdur.

Həmçinin əsirlər karvanı ilə Kərbəladan Küfəyə, ordan da Şama (Dəməşqə) aparılmışdır. 

Dörd yaşlı Rüqayyə çətinliklərə dözə bilməyib hey ağlayır. Əsirlər sarayda saxlanılırdı. Xanım yuxulayır və yuxusunda atasını (ə) görür, dəhşətlər içində yuxudan qalxıb ağlamağa başlayır. Uşaqın ağlamağ səsini eşidən Yezid yanındakılardan uşağın nə istədiyini soruşur. Atasını deyə cavab verirlər. O məlun əmr edir ki, atasının başını ona verin! İnsafsız məmurlar belə də edirlər.

Atasının (ə) kəsik başını qucaqlayan  Xanımın kiçik qəlbi bu səhnəyə dözə bilmir. Bu dəhşətli səhnə onun ölümünə səbəb olur. (islaminsesi)

Şərh yaz


Məxfi kod
Yenilə