Cümə axşamı, 01 Fevral 2018 22:27

"Əyyami Fatimə" münasibətilə İmam Əlinin (ə) hərəmində əza məclisləri davam edir

"Əyyami Fatimə" münasibətilə İmam Əlinin (ə) hərəmində əza məclisləri davam edir

İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmində "Əyyami Fatimə" münasibətilə matəm məclisləri davam edir.

 İmamali saytı xəbər verir ki, səhər duası vaxtı keçirilən matəm mərasimi İmam Əlinin (ə) hərəminin qızılı qübbəsinin qarşısında baş tutub. Hərəmin xuddamları Həzrət Zəhranın (s.ə) müsibətli şəhadəti haqqında nohə və mərsiyələr oxuyublar və İmam Əliyə (ə) müsibətli matəm münasibətilə başsağlığı veriblər.

 Bundan başqa, günün müxtəlif vaxtlarında hərəmə gələn əzadarlıq heyyətləri də əza məclisləri təşkil edirlər, Əziz Rəsulallahın (s) şəhid qızı (s.ə.) üçün göz yaşı axıdırlar.

Şərh yaz


Məxfi kod
Yenilə