Çərşənbə axşamı, 09 Yanvar 2018 16:00

Qum şəhəri əhalisindən minlərləsi İnqilab Rəhbərinin qəbulunda olub

Qum şəhəri əhalisindən minlərləsi İnqilab Rəhbərinin qəbulunda olub

İslam İnqilabının Böyük Rəhbəri İrandakı son hadisələr barədə deyiblər: Düşmənin bu qırx ildə bizim qarşımızda etdiyi hərəkətlər İnqilaba qarşı hücumdur.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Qom əhalisindən minlərlə nəfərlə görüşdə belə qeyd ediblər: İnqilab, siyasi cəhətdən düşmənin kökünü ölkədən qopardı. Düşmən indi ardıcıl şəkildə əks-hücum edir və hər dəfə də məğlub olur; addım atır və xalqın müqavimətinə görə, işini görə bilmir.

İslam İnqilabının Böyük Rəhbəri xalqın İslam İnqilabını himayə istiqamətində son günlərdə bütün İranda keçirdiyi geniş yürüşlərinə toxunaraq, söyləyiblər: Bu dəfə də xalq var gücü ilə Amerikaya, İngiltərəyə və Londonda oturanlara deyir ki, bu dəfə də bacarmadınız, yenə də bacarmayacaqsınız.

Həzrət Ayətullahuluzma Xamenei əlavə edib: Düşmən fitnəsi qarşısındakı məqsəd, şövq, gözüaçıqlıq və sistemli şəkildə olan bu əzəmətli sıx xalq hərəkəti dünyanın heç bir yerində yoxdur və bu, qırx ildir ki, davam edir.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Xalqın xalqa qarşı çıxanlarla mübarizəsi, İranın İrana qarşı çıxanlarla mübarizəsi, İslamın İslama qarşı çıxanlarla mübarizəsi; bu, davam edib, əlbəttə, bundan sonra da olacaqdır.

Daha ətraflı:

http://aztabriz.irib.ir/xeberler/iran/item/52972-inqilab-r%C9%99hb%C9%99ri-amerika,-sionistl%C9%99r-v%C9%99-fars-k%C3%B6rf%C9%99zind%C9%99ki-bir-d%C3%B6vl%C9%99t-irandak%C4%B1-son-hadis%C9%99l%C9%99ri-t%C9%99%C5%9Fkil-edibl%C9%99r

Şərh yaz


Məxfi kod
Yenilə