Bazar, 17 Dekabr 2017 17:55

Avropanın beş böyük məscidi – FOTO

Avropanın beş böyük məscidi – FOTO

İslam dinini 1992-ci ildə qəbul etmiş almaniyalı müsəlman Avropanın müxtəlif yerlərinə səfər edərək bu qitədə müsəlmanların dini məkanları və İslam dininin gözəlliklərini lentə alıb.

Maide.Az “İQNA”-a istinadən xəbər verir ki,  Əhməd Akhard Krausen fotoqraf İngiltərənin Kambric (Cambridge) şəhərində təşkil olunmuş  “Avropada İslam” adlanan yeni foto sərgisində, İslam dininin Avropada müxtəlif gözəlliklərini və müsəlmanların xristian və yəhudilər ilə qədim əlaqələrini fotolar ilə nümayiş edib.

2018-ci ilin May ayınadək davam edəcək bu sərginin əsas məqsədi İbrahimi dinlərin (səmavi dinlər) keçmişdəki əlaqələrini və hazırda Qərbi Asiya və Avropada müsəlmanların digərləri ilə ictimai, siyasi, mədəni və elmi əlaqələrini araşdırmaq və dinlərin davamçılarını təsirli və effektiv dialoqlara dəvət etməkdir.

Əhməd Akhard qərbli müsəlmanların barəsində deyir: Son on illikdə Avropaya mühacirət edən müsəlmanların çoxu bu qitədə öz kimliklərini təsbit etməyə çalışır. Onlar İslami və qərb yaşam tərzi arasında olan yol ayrıcında qalıb və hələ hansı səmtə gedəcəklərini və bu ikisini necə bir araya gətirəcəklərini təyin edə bilməyib.
 
O əlavə edir: Eyni halda avropalılar da hiss edir ki, dini və milli kimliyin Avropada inteqrasiya olunduğu və İslam mədəniyyətinin genişləndiyi və yayıldığı bir zamanda bu məsələyə yenidən baxılmalı, müsəlmanlar barəsində önfərzlərlə fikirləşməməli və cəmiyyəti barışdırıcı bir danışığa dəvət etməlidirlər.
 
Akhard vurğulayır: Mənim hədəfim müsəlmanlar və qeyri-müsəlmanlar arasında ikitərəfli mədəni danışıqları təşkil etmək və insanların bir-birini olduğu kimi dərk etməsini gücləndirməkdir.
Ahmad Akhard 1997-ci ildə Avropanın İslami məkanlarını gəzməyə və görməyə başladı və bunun nəticəsində minlərlə tarixi şəkil hazırladı.
 
 O deyir ki, hazırladığım şəkillərin məni hədəfimə, yəni çox dinli, çox mədəniyyətli və millətli olmaqla yanaşı sülh şəraitində birgə yaşamaq, çatdıracağına ümidvaram.
İndi isə onun hazırladığı fotoların arasında Avropanın 5 böyük və gözəl məscidinin şəkilini oxucularımıza təqdim edirik.  
 

Kopenhagen məscidi

Danimarkanın paytaxtı Kopenhagenin “Həmd” mədəniyyət mərkəzi və məscidi 2014-cü ilin iyun ayının 25-də istifadəyə verilib. İki gözəl minarəsi var və bu ölkədə mövcud olan məscidlərin arasında gözəlliyinə görə seçilir.

Stokholm məscidi

İsveçin paytaxtı Stokholm şəhərinin məscidi gözəl minarə və günbəz ilə bu şəhərin Katarina kilsəsinin yanında yerləşir. Və Stokholm ən gözəl məscididir.

İspaniyanın “Qəsrul-Hümra” məscidi

Bu məscid İslami memarlığın şah əsəri sayılır. İspaniyanın ən qədim tarixi ərazisi olan Əndəlusda yerləşən bu məscid UNESCO tərəfindən qeydiyyata alınıb. “Qəsrul-Hümra” məscidi hündür bir yerdə tikilib. Qalası, hamamı, məscidi, qəsri və bağı vardır. Bu məscid İspaniyanın turizm məkanlarından biridir.

Belarusiya məscidi

Miladi təqvimi ilə 14-cü əsrin başlanğıcında Lipka tatarlarından olan müsəlmanlar Krım yarımadasından Litviyanın (indi Belarusiyanın tərkibindədir) Duklar yaşayan rayonlarına mühacirət etdi və burada məskunlaşdı.  

İtaliyanın Palermu məscidi

İbn Hövqəl (hicri qəməri təqvimi ilə 4-cü əsrin coğrafiyaçısı) öz kitabını yazmaq üçün İspaniyaya getmişdi. O, öz kitabında Palermu şəhərini 300 məscidli şəhər kimi təqdim edir.

Şərh yaz


Məxfi kod
Yenilə