Cümə, 08 Dekabr 2017 18:16

Cümə gününü “Qəzəb günü” elan edən İslam dünyasında Qüds üçün mitinqlər keçirildi

Cümə gününü “Qəzəb günü” elan edən İslam dünyasında Qüds üçün mitinqlər keçirildi

ABŞ prezidenti Trampın qərarından sonra Cümə gününü “Qəzəb günü” elan edən çox sayda ərəb və müsəlman ölkələrində mitinqlər keçirilib.

 Deyerler.org xəbər verir ki, Qüdsdə və İordan çayının qərb sahilində İsrail rejimi əsgərlərinin fələstinli nümayişçilərə müdaxiləsi nəticəsində başlayan qarşıdurmalar davam edir.

 

İordan çayının qərb sahilindəki Əl-Xəlil və Kalkiya şəhərlərində baş verən münaqişələrlə yanaşı, Əl-Əqsa məscidində də İsrail rejiminin ordusunun hücumu nəticəsində gərginliyin baş verdiyi bildirilir. İsrail rejiminin əsgərləri gözyaşardıcı qaz və həqiqi güllələrlə fələstinlilərə hücum edir.

 

İranın paytaxtı Tehranda xalq cümə namazından sonra küçələrə çıxaraq, Amerika və sionist İsrail rejiminin Qüdsə qarşı yeni hiyləsini qınayıblar.

 

Tehran sakinləri yürüş vaxtı Fələstin və Qüdsə dəstəklərini bildirən plakartlar qaldıraraq, "Rədd olsun Amerika, rədd olsun İsrail rejimi" şüarlarını səsləndiriblər.

 

Tehran sakinləri ilə birlikdə, İranın bütün şəhərlərində cümə namazından sonra Qüdsə dəstək yürüşləri keçirilərək Amerika və sionist İsrail rejiminə lənət deyilib.

 

İndoneziya xalqı da Fələstin bayraqları ilə ABŞ-ın İndoneziyadakı səfirliyi qarşısında aksiya keçirib. Paytaxt Cakartada cümə namazından sonra toplaşan yüzlərlə insan “Qüds müsəlmanlarındır”, “ABŞ və İsrail rejimini lənətləyirik” və “Qüdsü İsrail rejiminin paytaxtı olaraq qəbul etmirik” şüarlarını səsləndiriblər. Aksiya zamanı bəzi şəxslər ABŞ bayrağını və Trampın şəklini yandırıblar. Polisin ciddi təhlükəsizlik tədbirləri həyata keçirdiyi aksiya insidentsiz başa çatıb.

 

Malayziyanın paytaxtı Kuala Lumpurdakı müsəlmanlar, ABŞ-ın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasına etiraz ediblər. Bundan başqa, Açedəki Beyturrəhman came məscidinin qarşısında toplaşan inndoneziyalılar da Qüdsə dəstək mintinqi keçiriblər.

 

ABŞ prezidentinin Qüdsü İsrail rejiminin paytaxtı elan etməsi Türkiyəni də ayağa qaldırıb. Demək olar ki, ölkənin bütün şəhərlərində mitinqlər keçirilib. Paytaxt Ankaradakı etirazların mərkəzi ABŞ səfirliyinin qarşısında olub.

 

Ankara əhalisi “Qüds evimiz, qırmızı xəttimiz”, “Qatil İsrail, Fələstindən rədd ol” şəklində şüarlar ataraq, təkbir səsləndiriblər. Aksiya vaxtı xeyli sayda polis dəstəsi də səfirliyin ətrafında təhlükəsizlik tədbirləri həyata keçirib.

 

Etiraz aksiyalarının İstanbuldakı ünvanı Fateh məscidi, ABŞ konsulluğu və Beyazid meydanı olub.

 

İraqda yüzlərlə insan Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsinə etiraz olaraq, Bağdadda aksiya keçiriblər. İraqın böyük əhli sünnə alimi və sunni fondunun sədri Əbdüllətif Hamim keçirilən mitinqdə verdiyi bəyanatında, Qüdsün hər üç din (yəhudilik, islam və xristianlıq) peyğəmbərlərinin oraya göndərildiyi bir şəhəri olduğunu deyərək belə danışıb: “Amerikanın bu müqəddəs şəhərlə bağlı sonuncu qərarı xətalı və ədalətsiz ölçülərə görə qəbul edilib”.

 

Şərh yaz


Məxfi kod
Yenilə