- Ukrayna Qərbi dilemma qarşısında qoydu; Ya bizi NATO-ya qəbul edəcəksiz, ya da nüvə silahı hazırlayacağıq…
- Kremldən Lukaşenkoya sui-qəsd planına reaksiya
- Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"
- Putin "B" planına keçdi - Volox
- Saakaşvili: Ukraynada indi baş verənlər 2008-ci ili xatırladır
- Volodin: ABŞ Rusiyaya bu istiqamətdən zərbə endirəcək
- Paşinyan Bakı ilə sülh razılaşmasına hazırlaşır
- Papa Ukraynadakı gərginlikdən narahatdır
- İsrail PUA texnologiyamızı kopyalayır - Rusiya
- Nikola şok: məzara gül qoymasına icazə verilmədi - Video
Papanın İraq səfərinə iraqlılardan sosial şəbəkədə sual: “Papa bilirmi?”+ FOTO
Dünya katoliklərinin liderinin İraqa gəlişi ərəfəsində iraqlı sosial şəbəkə istifadəçiləri qrafik dizaynlarını yayımlayaraq, keçən ilin yanvarında ABŞ-ın Qələbə komandirlərinə (İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi Qüvvələri komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndis) qarşı terror aktını xatırladıblar.
Deyerler.org xəbər verir ki, birinci qrafik dizaynda iraqlı istifadəçilər İraqdakı İŞİD terror təşkilatına qarşı mübarizə üçün əlindən gələni edən şəhid general-leytenant Hacı Qasım Süleymaninin terror edilməsindən sonra əlinin şəklinə istinad edərək, belə yazıblar: “Papa bilirmi? Bu, kilsələrin zənglərini qaytaran əldir”.
İkinci qrafik dizaynda isə bunlar qeyd edilmişdir: “Ayətullah Sistaninin fətvası, müqavimət və qiyamın rolu olmasaydı, xristianlıq İraqda sağ qalmazdı və adı veriləcək bir kilsə olmazdı. Ayətullah Sistani, Əl-Həşduş Şəbi və müqavimətə təşəkkürlər”.
Üçüncü qrafik dizayn Əl-Həşduş Şəbi komandir müavininə edilən sui-qəsddə ABŞ-ın terror əməliyyatına işarə edilir: “Papa bilirmi? Amerika kilsələrin sülh mühəndisini [simvolunu] öldürdü”.
Dördüncü qrafik dizaynda da şəhid Əbu Mehdi Əl-Mühəndisə işarə edilir: “Kilsənin təbəssümü”.
Beşinci qrafik dizaynında da belə yazılmışdır: “Papa bilirmi? ABŞ kilsələri (İŞİD-in pəncəsindən) azad edənləri öldürdü”.
Xatırladaq ki, 2020-ci ilin yanvarın 3-ü səhər saatlarında İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi Qüvvələri komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndis və təşkilatın digər bir neçə üzvü Trampın əmri ilə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın PUA hücumunda terror edilməsindən sonra, İraq parlamenti yanvarın 5-i səs çoxluğu ilə, ölkədəki xarici hərbi qüvvələrin mövcudluğuna son qoyan qərar qəbul etdi.
Katolik kilsəsi 17 dekabrda dünya katoliklərinin lideri Papa Fransiskonun 5 mart (bu gün) ilə 8 mart arasında İraqda səfərdə olacağını bildirib.