FƏCR BAYRAMI
FƏCR BAYRAMI

FƏCR BAYRAMI (49)

Yeganə yaradanın adı ilə ki, istibdadın bünövrəsini titrətmələri üçün onları yaratdı.

İnqilab günəşi elə bu evdən doğdu.

Müsahibə: Həzrət Fatimə(s.ə)-nın 119 il bundan öncəki mövludu ilə bir zamanda Həzrət İmam bu otaqda dünyaya gəldi. Xomeyndə olan tarixi beyt günəş övladını özündə yetişdirdi.

Müsahibə: 19 yaşınadək bibisi Sahibə xanım ilə yanaşı, elə bu mənzildə yaşayıbdır.

Ruhullah gənc çağlarında dini elmlərə yiyələnmək üçün Əraka səfər qərarına gəldi.

Müsahibə: Dini dərəcələri mümkünolan ən qısa zamanda və ən yüksək səviyyədə keçir və dini elmlər hövzələrində misilsiz bir şəxsiyyətə çevrilir.

1342-ci günəş ilində İmamın şahın zülmkarlığına qarşı siyasi mübarizələri başlandı.

Müsahibə: Zəmini 1342-ci günəş ilindən başlandı.

Onun öz pərvərdigarı ilə mənəvi bağlılığı böyük bir cərəyana zəmin yaratdı.

Müsahibə(İmam Xomeyni): İslamdan nə pislik görmüsünüz? İslam azadlıq və istiqlaliyyəti təmin edir.

-Metafizik və Allah ilə güclü əlaqəyə malik idi.- O filosof idi , o əsil dini təfəkkürə malik idi.-O inanırdı ki, siyasətimiz diyanətimiz ilə eynidir və diyanətimiz də siyasətimizlə eynidir.İmam Xalqa arxalanaraq qiyam etdi.-Xalqın mənə olan dərin məhəbbəti, çiyinlərimdə ağır yükdür və mən onun əvəzini çıxa bilmirəmBu qiyam sonda səmərəsini verdi, islam inqilabının qələbəsi və imam Xomeyninin(r.ə) uzun illərdən sonra vətənə qayıdışı ilə.-Öz imamlarına etimad edənlər artıq inanmışdılar.-Mən hökumət təyin edəcəyəm, mən bu xalqa arxalanaraq hökumət təyin edəcəyəm.- Böyük rəhbərin bu məşhur deyimi, bu inqilab Xomeyni adı olmadan heç yerdə tanınmırİmamın daxili fitnəçilərə qarşı mövqeyi birmənalı idi.-Onlar islama və müsəlmanlara qarşı əngəl törətmək istəyirlər. Onların əməlləri barədə aşkar edilən hərhansı fakt xalqa göstərilməlidir.-Və bu mşhur cümlə imamın əcnəbi güclərə qarşı xarici siyasətini nümayiş etdirir.- Gənclər arxayın olsunlar ki, Amerika heç bir qələt edə bilməz.-Onun sözləri və düşüncəsi İran xalqına ümid ilə aşıb-daşırdı.- Acizik deməsinlər. Özümüz qadirik desinlər. Elə həqiqət də budur, iradə nümayiş etdirməliyik.İndi isə Ruhullahın övladları...-Doğrudu İmamı görməmişəm amma onun yolunu öyrənmək və davam etməkdə əzmkaram.İnqilabdan sonra hansı ildə doğulmalarından asılı olmayaraq İmamın düşüncələri ilə yaxşı tanışdırlar.Onun memarı olduğu inqilabı daima inqilab rəhbərinin tabeliyində  müdafiə edəcəyik.İran inkişaf etsin deyə İmamın yolunu qarşıya məqsəd qoydular.Dünyanın misilsiz siyasi və dini şəxsiyyəti 40 ildən sonra hələ də islam inqilabının başı üstündə parlayır

 

Bu gün bazar günü 22 bəhmən 1357-ci günəş ili, 11 fevral 1979-cu il İslam İnqilabının qələbəsinin ildönümü gününə təsadüf edir. 39 il o qanlı və qiyam günlərindən ötür. İranda inqilab azadlıqsevərlər üçün dönüş nöqtəsi, dünya zalımları üçün isə təhlükə zəngi oldu. Bu proqramda İslam İnqilabının Fəcr Ongünlüyünün son gününə diqqət yetirəcəyik.

Pəhləvinin baş naziri Bəxtiyar Tehranın şərqində Fərəhabad hava bazası yaxınlığında silahqayırma ərazisini havadan bombalamağa göstəriş verdi. Lakin son mərhələdə bu əməliyyat ləğv olundu. Silahqayırma zavodu bu gün təxminən səhər saat səkkizdə vətəndaşların nəzarətinə keçdi. 

Tehran küçələrinin əksəriyyətində ordu ilə silahlı insanlar arasında toqquşma zirvəyə çatdı. 

Bir neçə şəhərin hərbi bölmələri, o cümlədən Qəzvin zirehli alayı, Tehrana doğru yola düşdü. Vətəndaşlar hərbi bölmələrin girişinin qarşısını almaq məqsədilə Tehran-Kərəc yolunu bağladılar. 

Son qarşıdurmalar ardınca, tibbi ekspertiza son bir neçə gündə qətlə yetirilən və müəyyənləşdirilməyən şəhidlərlə dolu idi. 

Ordunun silahları, Evin həbsxanası, SAVAK, Senat və Şura Məclisləri, Radio və Televiziya, Baş Nazirlik, Jandarma və Meriya vətəndaşların nəzarətinə keçdi. 

SAVAK-ın rəisi Nəsiri, Kürdüstan əhalisinin qatili Salar Caf, Tehran hərbi komandanı general Rəhimi vətəndaşlar tərəfindən həbs olundu. Həmçinin quru qüvvələr komandanı general Bədreyi, Qvardiya komandanlarının əvəzi Məhəmməd Əmin və Bəyləri öldürüldü. 

Saat 10:30-da Ordunun Ali Şurası baş qərargah rəisi, hərbi nazir və bir çox komandanın iştirakı ilə iclas təşkil etdi. Uzun müzakirələrdən sonra siyasi münaqişələrdə tərəfsizliyini elan etdi. 

Cənab Bazərqan televiziya çıxışında vətəndaşlara, xüsusilə də siyasi məsələlərdə tərəfsizliyini elan edən orduya təşəkkürünü bildirdi və dedi: General Qarabaği baş tutan görüşdə mənim müvəqqəti hökumətimlə əməkdaşlığını bildirmişdir. 

Bəxtiyar istefasını cənab Bazərqana təqdim etməli idi. Lakin günortadan sonra təxminən saat 2 radələrində baş nazirlik binasının mühasirəyə alınması və 6 ay baş nazir olduqdan sonra gizli şəkildə İrandan qaçdı. 

Ordunun üçlü qüvvələrinin komandanları İmam Xomeyni (rə) ilə görüşərək öz istefalarını təqdim etdilər. 

Həzrət İmam Xomeyninin mənzilinə müraciət etməklə silahlı qüvvələr imama dəstəklərini elan etdilər. 

Ayətullah Mərəşi Nəcəfi və Ayətullah Şirazi ayrı-ayrılıqda İran xalqına ünvanlanan bəyanatlar verərək İslam İnqilabının qələbəsi münasibəti ilə xalqı təbrik etdilər. 

Nəcəf-Əşrəfdə böyük təqlid mərcələrindən Ayətullah Xoyi Həzrət İmam Xomeyniyə (rə) teleqraf vuraraq İrana qayıdışı münasibəti ilə onu təbrik etdi. 

Şah rejiminin süqutu münasibəti ilə Yasir Ərəfat Həzrət İmam Xomeyniyə təbrik müraciəti ünvanladı. 

İnqilab hadisələri o qədər sürətli idi ki, ABŞ rəsmiləri hətta son günlərə qədər inqilabın qələbə çaldığını bilmirdilər. Bjezinskinin idarə etdiyi Ağ Evin əməliyyat otağı telefonda Salivandan soruşdu: Hələ də çevrilişə imkan varmı?

Radio diktorunun səsi qələbə nəğməsini belə elan edirdi: Diqqət! Diqqət! Bu, İran xalqının inqilab səsidir. 

İmam Xomeyninin rəhbərliyi ilə İran xalqının islam inqilabı 2500 illik şahlıq rejimini devirdi. 

İmam Xomeyni bir müraciətdə xalqa dedi: Diqqətli olun ki, düşmənə qalib gəlmək baxımından inqilabımız hələlik sona çatmayıb. Düşmən müxtəlif vasitələrə və hiylələrə malikdir və məkrli planlar pusqudadır. Ayıq-sayıqlıq, inqilabın nizam-intizamı və rəhbərlik və müvəqqəti islam hökumətinin fərmanlarına itaət məkrli planları zərərsizləşdirə bilər. Müvəqqəti islam hökuməti ilə əməkdaşlıq edin ki, Allahın köməkliyi ilə, bir-birimizlə əməkdaşlıqla azad və abad İslami İranı dünyanın qibtə etdiyi ölkəyə çevirək. 

Azərbaycan Respublikasında siyasi fəal deyib: İslam İnqilabı İranla məhdudlaşmayan və dünya müsəlmanlarına aid olan ilahi nemətdir.

İRNA-nın məlumatına görə, Hacıağa Nuriyev İslam İnqilabının qələbə çalmasının 39 illiyi münasibəti ilə İran dövləti və xalqını təbrik edib və deyib: Azərbaycan Respublikası xalqı İran İslam İnqilabını öz inqilabı hesab və onunla fəxr edir. 

Azərbaycan Respublikasında Ağsaqqallar Şurasının sabiq sədri və üzvü deyib: Hazırda İran İslam Respublikası bütün islam ölkələri, o cümlədən Azərbaycan Respublikası xalqı və dövlətinin hamisi və arxasıdır və ötən 39 ildə Allaha söykənməklə zorakılar qarşısında dayanmağın mümkün olduğunu əks etdirmişdir. 

İran İslam Respublikası prezidenti İslam İnqilabının mesajını istiqlaliyyət, başqalarına İranın daxili məsələlərində müdaxilə icazəsi verməmək və dünya ilə ədalətli münasibətlər adlandırıb.

Həsən Ruhani şənbə günü Tehranda xarici ölkələrin səfirləri, təşkilatların nümayəndəlikləri ilə görüşdə İslam İnqilabının 39 il öncə ABŞ-ın müdaxilələri vasitəsi ilə İran xalqının təhqir olunması və dini və məzhəbi emosiyaların tapdalanmasına görə, səmərə verdiyini bildirərək deyib: İslam İnqilabının mesajı region və dünya ölkələrinə bir hökumət modelini təqdim etmək və region ölkələrinə təcavüz etməmək idi.

İran İslam Respublikası prezidenti Tehranın region böhranlarının yeganə həll yolunu sırf diplomatiya hesab etdiyini bildirərək deyib: Hərbi həll yolu, xarici müdaxilələr, silahlarıın göndərilməsi, problemlərin həlli üçün münasib həll yolu deyil. Region problemləri dialoq və diplomatik metodlarla stabillik və təhlükəsizliyə çatmalıdır.

İslam İnqilabı Fəcr Ongünlüyünün 10-cu gününün maraqlı hadisələri vardır. Həmin günün səhərisi zalım Şahlıq rejiminə qarşı xalq inqilabının qələbəsi hər yeri bürüdü. Bugünkü proqramımızda 21 bəhmən 1357-ci günəş ili, 10 fevral 1979-cu ildəki önəmli hadisələrə diqqət yetirəcəyik.

Ötən gecə Hərbi Hava Qüvvələri ilə Şahlıq Qvardiyası arasında güclü toqquşmalar baş verdi, Səhəri də bu toqquşmalar davam etdi.

21 bəhmənə keçən gecənin ilk saatlarında Duşan Təpə Təlim Mərkəzindən təcili yardım maşınlarının çıxması ilə qaçmağa nail olan əsgərlərdən biri baza daxilindəki toqquşmalar haqda vətəndaşlara ətraflı məlumat verdi.

Bazadan çıxmağa nail olan bu əsgər öz silahlarını vətəndaşlara verdi. Beləliklə ilk dəfə olaraq bu silahlar vətəndaşların əlinə keçdi.

Tehranın Hərbi Komandanlığı 40 saylı bildirişində 22 bəhmən bazar günü saat on ikiyə qədər hərbi komendant saatını artırdı.

İmam da hökumətə reaksiya verdi: Hərbi komendant saatının elan olunması şəriətə qarşıdır və vətəndaşlar heç bir vəchlə bu vəziyyətə etina etməyəcək.

Tehranda bir neçə polis mərkəzi vətəndaşların nəzarətinə keçdi.

Tehran və ətraf hərbi komandanı general Rəhimi tabeliyində olan qüvvələrdən dərhal hərəkatın bütün rəhbərləri, o cümlədən İmam Xomeyni, Ayətulla Taliqani və Mehdi Bazərqanı həbs edərək təyyarə ilə adalardan birinə köçürməsini istədi.

Vətəndaşlar Hərbi Hava Qüvvələri ilə toqquşmaq üçün Fərəhabada ezam olunan bir neçə tank və zirehli avtomobili sıradan çıxardılar.

Səhər saat 10-da Hərbi Hava Qüvvələrinin silah anbarı vətəndaşların üzünə açıldı. Üzərində yazılar olan minlərlə kardon və kağız parçası şəhər səviyyəsində əllərdə gəzirdi: Hərbi xidməti olan hər bir şəxs silah almaq üçün Hərbi Hava Qüvvələrinin mərkəzinə getsin.

Qəzvin zirehli alayı hərbi hökumət qüvvələrini dəstəkləmək üçün şəhərə daxil oldu. Lakin Sepəh prospektində vətəndaşların hücumu ilə üzləşdi.

Tehrana bitişən şəhər yolları ətraf məhəllələrin sakinləri tərəfindən bağlandı. Belə ki, qonşu şəhərlərdə orduya kömək qüvvələrinin gəlməsinin qarşısı alınsın.

2 və 3-cü dəfə çıxan qəzet tirajları vətəndaşlar arasında əlbəəl gəzirdi.

ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri Bjezinski gecə yarısı müdafiə naziri general Braun və MKİ şefi general Törner çevriliş planını irəli sürdü və onların razılığını qazandı. İki gün öncə İrandan qayıtmış ABŞ-ın xüsusi hərbi elçisi general Hayzer ordunn çevrilişə hazırlığı haqda məlumatlar əldə etdi.

Tehranda milyonlarla qadın-kişi küçələrə axışaraq ordunun çevriliş imkanının qarşısını aldı.

İranın əksər şəhərlərində vətəndaşlarla ordu arasında hərtərəfli savaş gedirdi.

Xəstəxanalar ölü və yaralı ilə doldu. Milli Təbiblər Təşkilatının xilasetmə komitəsi gecə saat 11-ə qədər Tehran şəhidlərinin sayını 126, yaralıların sayını isə 634 nəfər elan etdi.

Səhərin açılması ilə Hərbi Dəniz Qüvvələri də Hərbi Hava Qüvvələrinə qoşuldu və əsgərlərinin çoxunun vətəndaşlara qoşulduğu Hərbi Piyada Qüvvələri və hər an zəifləməkdə olan Hərbi Hava Qüvvələrinin piyada qüvvələri Şah rejiminin xidmətində qalmışdı.

Bəxtiyar Keyhanla müsahibədə bildirdi: Qanuni yolla və Təsisçilər Məclisinin təşkil olunması ilə şahlıq rejiminin respublika sisteminə dəyişilməsi mümkündür.

Ötən gün istefasını qəbul etməkdən çəkinən şahın baş naziri Şapur Bəxtiyar Senatda müzakirəyə hazır olduğunu bildirdi.

 

İran İslam Respublikası respublikaçılıq və islamçılıq kimi iki əsas üzərində qurulubdur.

İslam Respublikası quruluşunda dini demokratiya və ədalətsevərlik dini, ilahi və insani dəyərlərdə köklərə malikdir. Başqa sözlə, İslamın siyasi təfəkkürlərində istiqamətlənmə odur ki, insan təkamül olan tərəfə istiqamətləndirilmiş olsun.. Buna görə, bu təfəkkür Qərbin modern şərhindən fərqlənir.

Əsas Qanunun birinci prinsipində deyilir ki, İranda hökumət növü, İslam Respublikasıdır və bu, o deməkdir ki, hökumətin forması respublika, onun mahiyyəti isə islamidir. Nəticədə onun legitimliyi iki "məktəb" və "xalqın seçimi" prinsipinə söykənibdir.

Xarici siyasət üzrə bir çox ekspert İranda mövcud olan demokratiyanı region ölkələrinə və beynəlxalq meydana təqdim olunmalı demokratiyanın bariz nümunələrindən biri hesab edirlər.

İrandakı dini demokratiyanın region xalqları üçün modern bir meyara çevrilməsi reallığı mövcuddur. İnqilabın ixrac edilməsi silah yolu və qılınc gücü ilə mümkün deyil və İrandakı dini demokratiya dünyanın zəif və zülm altında olan xalqlarının baxışını İranın daxilinə cəlb edibdir.

 

Page 1 of 5