Bazar, 11 iyul 2021 22:05

Albalı saplağı sağlamlığımıza bunları vəd edir

Albalı saplağı sağlamlığımıza bunları vəd edir

Albalının meyvəsi qədər saplağı da yüksək antioksidan qaynağıdır. Bol miqdarda A, C və E vitaminləri, kalsium, kalium, natrium və fosfor ehtiva edir.

Albalı saplağı qurudulub çay kimi dəmləndikdə sidik yollarını təmizləyir. Sidik yolu infeksiyasının müalicəsinə və böyrək daşlarını salmağa kömək edir.

 Sidikqovucu xüsusiyyətinə görə həddindən artıq istehlak edildikdə bədəndə su itkisinə səbəb ola bilər. İshal və aşağı qan təzyiqi olanlar albalı sapı və oxşar otları istehlak etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşməlidirlər. Albalı sapları dəri üzərində qızartı və astma kimi allergik reaksiyaları müalicəedici xüsusiyyətə malikdir. Mütəmadi olaraq albalı saplağının çayını içmək metabolizmanı normaya salır və yağların yandırılma prosesini sürətləndirir. Yağların yandırılması ilə sellülit də yox olur, nəticədə dərinin elastikliyi bərpa olunur. Albalı saplağının sakitləşdirici təsiri var. Qanı təmizləyir, xolesterin səviyyələrini aşağı salır və ürəyi gücləndirir. Albalı sapı oynaq ağrılarına və revmatizmə də yaxşı təsir edir.

 Yaxşı yuduğunuz albalı saplarını bir qaba qoyun. Sonra təmiz kağızın üzərinə saplaqları sərin və 2-3 gün qurumağa qoyun. Qurudulmuş albalı saplaqlarını təmiz şüşə qabda mühafizə edin. Bir qaşıq qurudulmuş albalı saplağını bir stəkan qaynamış suya tökün. 10 dəqiqə dəmləyib için.

 Daban ağrılarınızı aradan qaldırmaq üçün albalı sapından 4 ovuc götürüb 3 litr suyun içində 10 dəqiqə qaynadın. 2-3 darçın və cökə yarpağı əlavə edin. Soyuması üçün 1 saat gözləyin. Sonra ayaqlarınızı 20 dəqiqə ərzində bu suyun içində saxlayın. Bu, həm dərinizin nəfəs almasına, həm də daban ağrılarınıza müsbət təsir edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə