Çərşənbə axşamı, 02 Mart 2021 12:04

KOVID-19 insan beyninə necə təsir edir

KOVID-19 insan beyninə necə təsir edir

Alimlər KOVID-19 virusuna yoluxmuş xəstələrdə beyin problemlərinə səbəb olan cəhətləri aşkar edib. Nyu-Yorkdakı Memorial Sloun Ketterinq Xərçəng Mərkəzinin mütəxəssisləri və həmkarları KOVID-19 virusuna yoluxduqdan sonra nevroloji funksiya pozuntusu diaqnozu qoyulan 18 xərçəng xəstəsinin onurğa iliyinin mayesini araşdırıb.

 "Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, xəstəlik yorğunluq, yaddaş itkisi, qarışıqlıq və digər simptomlarla müşayiət olunur. "Xəstələrin onurğa iliyinin mayesində iltihab və yüksək səviyyədə sitokin aşkar etdik, bu da onların simptomlarını izah edir", - deyə tədqiqatçı Yan Remsik deyib. Sitokinlər immun sisteminin inkişafını və homeostazını idarə edən zülal kateqoriyasına aiddir. Tədqiqatçıların fikrincə, bəzi hallarda koronavirus həyat üçün təhlükəli olan bu molekulların həddindən artıq istehsalına səbəb olur. Beləliklə, mütəxəssislər immun sistemindəki bu cür kimyəvi maddələrin axınının beyinə girdiyi qənaətinə gəlib. Alimlər hesab edir ki, bu hal xəstələrdə beyin zədələnməsinə gətirib çıxaran ensefalopatiya simptomlarına səbəb olur. Daha əvvəl tədqiqatçıların müalicə olunmayan Alzheimer xəstəliyi ilə ağır KOVID-19 arasında bir əlaqə tapdıqları bildirilmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə