Çərşənbə axşamı, 09 Fevral 2021 11:49

Səhranın ortasında balıqçılığın çiçəklənməsi

Səhranın ortasında balıqçılığın çiçəklənməsi

2008-ci ildə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının lisenziyasını aldıqdan sonra, Tilapiya balığı Bafqın Şor Su Canlılarının Araşdırma Mərkəzində peyda oldu və yavaş-yavaş bu balığın idxalatı üçün sərf olunan külli miqdarda valyutanın ölkədən çıxmasının qarşısı alındı.

 Bu balığı yetişdirməyə cəhd edən ilk xalqlar Çin və Misir xalqı oldu. Hətta eradan illər əvvəl. Hazırda isə bu balıq 21-ci əsrin balıqçılığının ən mühüm hadisəsi sayılır. Tilapiya balığı.

M.M: Bu balığı çox az vəsaitlə yetişdirmək mümkündür.

12 il əvvəl əsas yaşayış yeri olan Şərqi Afrikadan Bafq səhrasının ortasına yol tapan balıq. Ətraf mühitlə bağlı icazələrin alınması üçün çətin və gərgin bir dövr.  

Səxavətli Bafq səhrası bu balığın yetişdirilməsi və istehsalı üçün sakit və əlverişli məkandır.

Özəl sektorun məsələyə qarışması da Bafq səhrasının ortasında bu balığın istehsal perspektivini daha da parlaq edir.

Bu balığın yetişdirilməsi və istehsalı üçün tamamilə elmə əsaslanan bir sahə inşa edilməkdə və ya tamamlanmaqdadır. Hazırda üzərində işlədiyimiz sistemlər bioflock, RAS və ya qapalı dövr sistemiləridir.

Bu vahidlərin tamamlanması ilə Bafqda bu balığın istehsalı 11 dəfə artacaq və ildə 760 tonu keçəcəkdir.

Bu vahidləri işə salmaq və bir emal zənciri yaratmaqla sahibkarlıqla yanaşı, həm də ölkənin bu balığın istehlak səviyyəsini dünya standartına yaxınlaşdırır, yəni ildə 21 kiloqramdan çox istifadə olunmalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə