Şənbə, 23 Yanvar 2021 22:08

İranın istehsal etdiyi diş implantının təqdimatı olub

İranın istehsal etdiyi diş implantının təqdimatı olub

İran istehsalı olan ilk diş implantının İran prezidentinin Elm və Texnologiya üzrə müavininin iştirakı ilə şənbə günü Tehranda təqdimatı keçirilib.

 SəhərAzəri Bu texnoloji məhsul, diş məhsulları istehsal edən elm təməlli bir şirkətdə iranlı mütəxəssislərin səyləri ilə istehsal edilib və yerliləşdirilib.

 Bundan əvvəl bu məhsul etibarlı bir Avropa şirkətinin əməkdaşlığı ilə hazırlanmalı idi, Lakin ABŞ-ın zalımcasına sanksiyalarının tətbiq edilməsi və avropalıların bu müqavilədən çıxmasından sonra bu mühüm nailiyyət iranlı mütəxəssislərin bacarığı sayəsində əldə edildi.

 Bu məhsulun istehsalı ilə ildə 100 milyon avronun İrandan çıxmasının qarşısı alınacaq.

 Eyni zamanda İran prezidentinin elm və texnologiya üzrə müavini Sorena Səttarinin iştirakı ilə yerli implantın istehsal xətti istifadəyə verilib.

Şərh yaz


Məxfi kod
Yenilə