Bazar, 20 Dekabr 2020 15:11

İki İranlıya Ümumdünya Meteorologiya Təşkilatında təyinat

İki İranlıya Ümumdünya Meteorologiya Təşkilatında təyinat

İran Meteorologiya və Atmosfer Elmləri Tədqiqatları İnstitutunun elmi heyətinin iki üzvü Ümumdünya Meteorologiya Təşkilatının ekspert qruplarına üzv təyin edilib.

 

SəhərAzəri xəbər verir, İran Meteorologiya və Atmosfer Elmləri Tədqiqatları İnstitutunun elmi heyətinin sədri Məhdi Rəhnəma Ümumdünya Meteorologiya Təşkilatının su, iqlim və ekologiya durumunun yüksək riskli hadisələrinin kataloqu üzrə ekspert qrupunun üzvlərindən biri təyin edilib.

 

Bu qrupun məqsədi, sınaq mərhələsində həyata keçirilən məhsulların istehsalı və əməliyyat proqramlarının hazırlanması yolu ilə Ümumdünya Meteorologiya Təşkilatının yüksək riskli hadisələrinin kataloqunun reallaşdırılması və inkişaf etdirilməsində iştirakdır.

 

İran Meteorologiya və Atmosfer Elmləri Tədqiqatları İnstitutunun elmi heyətinin üzvü və İranın Meteorologiya Təşkilatının regional təlim mərkəzinin başçısı Saviz Sehhət Kaşanim də Ümumdünya Meteorologiya Təşkilatının iqlim xidmətləri strateji komitəsinin imkanlar və əlaqələrin inkişaf etdirilməsi üzrə ekspert qrupunun əsas üzvü təyin edilibdir.

 

İqlim Xidmətləri Strateji Komitəsnin yeni strukturuna Ümumdünya Meteorologiya Təşkilatının iqlimşünaslıq komissiyasının fəaliyyətlərini yerinə yetirən beş ekspert qrupu daxildir.

 

Bu struktur və əlaqədar ekspert qrupu Ümumdünya Meteorologiya Təşkilatının xidmətlər komissiyasının idarəetmə qrupu tərəfindən təsdiq olunubdur.

Şərh yaz


Məxfi kod
Yenilə