Şənbə, 19 Dekabr 2020 15:35

İran sonsuzluq ləvazimatları istehsal edən 6 ölkə sırasına qoşulub

İran sonsuzluq ləvazimatları istehsal edən 6 ölkə sırasına qoşulub

İran İslam Respublikası "Süni mayalanma məhsullarının tam paketi"ni istehsal edərək, sonsuzluğun müalicəsi mərkəzlərində istifadə olunan vasitələr və materialları istehsal edən 6 ölkə sırasına qoşulub.

SəhərAzəri xəbər verir, Elm təməlli iranlı şirkətin istehsal etdiyi ilk "Süni mayalanma məhsullarının tam paketi" İranın Elm və Texnologiya üzrə viste-prezidenti  Sorena Səttarinin iştirakı ilə  bu gün Tehranda təqdim edilib.

bu elm təməlli İran şirkətinin istehsal etdiyi 30 məhsul bu gün rəsmi şəkildə istehlak dövriyyəsinə buraxılıb.

Sonsuzluğun müalicə mərkəzlərində istifadə olunan avadanlıq və materialları əsasən idxal olunur və müalicə xərclərinin 50% -dən çoxunu əhatə edir. İran bu məhsulları istehsal etməklə bu təchizatları istehsal edən 6 ölkənin sırasına qoşulub.

Bu biliyin yerliləşdirilməsi xaricdən asılılığı azaltmaq və valyutaya qənaət etməklə yanaşı onun qonşu və region ölkələrinə ixracı və ölkəyə yüksək valyuta axını üçün zəmin yaradır və müqavimət iqtisadiyyatının təməlini gücləndirir və elmi gücün təsbit olunmasına səbəb olur.

Şərh yaz


Məxfi kod
Yenilə