Bazar ertəsi, 14 Dekabr 2020 15:35

3 iranlı professor dünyanın ən üstün alimləri sırasında yer alıb

3 iranlı professor dünyanın ən üstün alimləri sırasında yer alıb

İranın mərkəzində yerləşən Yəzd Universitetinin elmi heyətinin 3 üzvünün adı cari ildəki dünyanın ən üstün yüzdə bir alimlərinin siyahısında yer alıb.

Mehr xəbər agentliyi xəbər verir, Yəzd Universitetinin Araşdırma və Texnologiya üzrə müavini Vəli Derhəmi deyib: "Web Of Science" elmi portalın bildirdiyi və İslam Dünyası Elmi İstinad Mərkəzinin təsdiq etdiyinə əsasən, Yəzd Universitetinin müəllimlərindən olan "Əli Mustafayi Pur", "Bijən Dəvaz" və "Məhəmməd Məzlum Ərdəkani"nin adı dünyanın elmi elitası və görkəmli alimlərinin yüzdə birinin siyahısında qərarlaşıb.

Derhəmi dünya alimlərinin yüzdə birinin elm və sosial elmlərin müxtəlif sahələri üzrə 22 mövzuda seçildiyini bildirib və deyib: "2009-2019-cu illər arasında ən yaxşı tədqiqatçıların təhlili və seçilməsi üçün istifadə olunan məlumatlar Əsas Elmi Göstəricilər və "Web of Science" sistemlərindən əldə edilib.

Şərh yaz


Məxfi kod
Yenilə