Çərşənbə, 26 Avqust 2020 16:53

Robot vasitəsilə COVID-19 sınağı

Robot vasitəsilə COVID-19 sınağı

Bir robot qol hazırlanıbdır ki, bir həkimdən on dəqiqə tez müddətə burundan nümunə götürməklə COVID-19-un diaqnozu üzrə sınaq keçirir.

SəhərAzəri xəbər verir, Mühəndislərin hazırladıqları bu robot qol tupfer vasitəsilə avtomatik surətdə burun dəliyindən nümunə götürür. Beləliklə koronavirusun xəstədən həkimə keçməsinin qarşısı alınır.

Bu texnologiyanı Brayan Navi ixtira edib. Onun qabiliyyətləri üz tanıma texnologiyası və 3D görüntüləmə texnologiyası ilə yanaşı olan avtomatik beyin əməliyyatının naviqasiya sisteminə bənzəyir.

Xəstələr öz burunlarının üzərində bir tutqac yaratmalıdırlar ki, maşın xas nöqtələri axtarıb tapmış olsun. Onlar başlarını metal bir bəndin üzərinə qoymalıdırlar ki, əməliyyat zamanı üzlərini düz tutmuş olsunlar.

Sonrakı mərhələdə robot uzun bir tupferi xəstənin burun dəliyinə daxil edir ki, nümunə toplamış və onu bir sınaq şüşəsinin içinə yerləşdirə bilsin.

Qurğunu düzəldən şirkət iddia edir ki, bu maşın həkimlərin koronavirusun diaqnozu üzrə on beş dəqiqəyə gördükləri işi beş dəqiqəyə həyata keçirə bilir.

Tayvanda fəaliyyət göstərən Navi tibb sahəsi üçün robotlar dizayn edir və öz təcrübələrindən istifadə edərək, bu maşını ixtira edib. O, qeyd olunan robotu şirkətin işçiləri üzərində sınaqdan keçiribdir.

Şərh yaz


Məxfi kod
Yenilə