Çərşənbə, 19 Avqust 2020 19:55

Omeqa 3 aqressiv davranışları kontrol edir

Omeqa 3 aqressiv davranışları kontrol edir

Britaniyanın Derby və Nottinqem Universitetləri tərəfindən aparılan yeni bir araşdırmanın nəticələri göstərir ki, qida rasionlarında bol miqdarda mövcud olan omeqa 3-ün bəzi yağ turşuları aqressiv davranışların idarə edilməsi üçün çox faydalıdır.

"Medical Ekspress"in məlumatına görə, omeqa 3 beyin və bədənin sağlam fəaliyyəti üçün çox vacibdir və bəzi qidalar, o cümlədən yağlı balıqlar, kolza yağı, kətan toxumları, qoz, soya, omeqa 3 ilə xənginləşdirilmiş yumurta, bəzi tərəvəzlər o cümlədən avokado, ispanaq və kahı da bol miqdarda mövcuddur. Bu yağ turşularının çatışmazlığı uşaqlar və böyüklərdə yaranan depressiya, aqressiv davranışlar, süstlük, və motivasiyanın azalması ilə birbaşa əlaqədədir. Digər tərəfdən omeqa 3 əlavələrindən bəzi psixoloji problemlərin müalicəsində istifadə olunur.

Şərh yaz


Məxfi kod
Yenilə