Çərşənbə axşamı, 28 iyul 2020 14:11

İranda beyin şişlərini idarə edən cihaz yaradılıb

İranda beyin şişlərini idarə edən cihaz yaradılıb

 İranlı tədqiqatçılar, Tehran Universiteti və Şərif Texnologiya Universitetinin mütəxəssisləri, Motamed Araşdırma Mərkəzinin dəstəyi ilə beyin şişlərinin inkişafına nəzarət etmək üçün cihaz yaradıb. Bu haqda "Deyerler.org" Ru.irna.ir-a istinadən xəbər verir.

 Cihazın istehsal texnologiyası bu günə qədər xüsusi sionist şirkətə məxsus idi. Bu şirkət xidmətlərini ABŞ və Avropa müəssisələrinə təklif edir. "Elektrik sahələrinə əsaslanan beyin şişlərinin inkişafına nəzarət edən cihaz, alimlərimizin illərlə apardıqları araşdırmaların nəticəsidir", - deyə araşdırma qrupunun icraçı direktoru Əlireza Məcid Ənsari bildirib. Onun sözlərinə görə, bu cihaz beyin şişini müalicə etmək üçün istifadə olunur. Əlireza Məcidi beyin şişlərinin inkişafını izləyən cihazın hazırda yenidən dizayn edildiyini və onun İranda laboratoriya nümunəsinin uğurla yaradıldığını bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə