Cümə, 17 iyul 2020 17:13

İranlı alimlər koronavirus peyvəndi istehsalında irəliləyişə malikdirlər

İranlı alimlər koronavirus peyvəndi istehsalında irəliləyişə malikdirlər

İranın səhiyyə naziri bir neçə iranlı tədqiqat qrupunun koronavirus peyvəndi istehsalında irəliləyişlərindən xəbər verib.

 SəhərAzəri xəbər verir, Səid Nəməki COVID-19 xəstəliyi dərmanının istehsalı üzrə 57 araşdırma qrupunun fəaliyyətinə işarə ilə söyləyib: Beynəlxalq araşdırmalar sahəsində İran son dərəcə fəal ölkələrdən biri kimi araşdırma halları və nəticələrinin çox yüksək sayı ilə iştirak edir.

 İranın səhiyyə naziri söyləyib: Xoşbəxtlikdən, heyvan modellərində yaxşı nəticələr əldə olunub və tezliklə iranlı tədqiqatçıların düzəltdikləri vaksinalar insanlar üzərində sınaqdan keçiriləcəkdir.

 Dünyada koronavirusa yoluxanların sayı təqribən on dörd milyon nəfərə çatıb. Onlardan azı 593 min nəfər həyatını itirib, 8 milyon 294 min nəfərdən çox xəstə də sağalıb və xəstəxanalardan buraxılıbdır.

 

Şərh yaz


Məxfi kod
Yenilə