Bazar ertəsi, 13 iyul 2020 16:50

İranda KOVİD-19 erkən diaqnostik aparat hazırlandı

İranda KOVİD-19 erkən diaqnostik aparat hazırlandı

İranlı mütəxəssislər heç bir simptomları olmayan koronavirus xəstələrini müəyyənləşdirən erkən diaqnostik aparat hazırlaya biliblər.

Parstoday  xəbər verir ki, yeni cihaz bəlğəmdə aktiv olan oksigen növlərinin səviyyəsini ölçür.

 Bəlğəmdə aktiv oksigen növlərinin artması koronavirusu xəstəliyinin əlaməti ola bilər, çünki aktiv oksigen növlərinin səviyyəsi koronavirusu xəstələrində və hətta xəstəliyin əlamətləri olmadığı hallarda xəstənin bəlğəmində dəyişir. İranlı mütəxəssislər tərəfindən hazırlanan cihaz bu səviyyəni ölçərək, xəstəliyi aşkar edə bilir.

Bu cihazın dörd xəstəxanada 600 nəfər üzərində sınaqdan keçirildiyi və müsbət nəticələr əldə edildiyi bildirilir. Qeyd olunur ki, hazırlanmış cihaz təkcə KOVİD-19 deyil, digər ağciyər xəstəliklərinə də diaqnoz qoya bilir.

Şərh yaz


Məxfi kod
Yenilə