Çərşənbə, 08 iyul 2020 23:15

Geyilə bilən kondisioner - Reon Pocket

Geyilə bilən kondisioner - Reon Pocket

Artıq C texnologiya təkcə sağlamlıq və məsafələri göstərmir, həm də sərinlədir.

 Deyerler.org Webtekno-ya istinadən xəbər verir ki, Sony tərəfindən bədən istiliyini 5 dərəcəyə endirə biləcək geyilə bilən kondisioner rəsmən satışdadır. Sony şirkətinin təqdim etdiyi Reon Pocket adlı geyilə bilən kondisioner smartfon ilə idarə oluna bilər.

 Sony keçən yay ilk fərdi geyilə bilən kondisionerini 2020-ci il Tokio Olimpiadasında təqdim edəcəyinə söz versə də, Koronavirus 2020-ci il Tokio Olimpiadasının təxirə salınmasına səbəb oldu.

 Lakin yay fəslinin gəlməsi və istilərin həddindən artıq yüksəlməsi səbəbi ilə Sony bu cihazı təxirə salmadan satışa çıxarıb.

 Sony şirkəti Reon Pocket ilə həddindən artıq isti günləri sərin və rahat keçirə biləcəyimizi bildirir.

 Reon Pocket həqiqətən olduqca sadə bir məntiqlə işləyir. Cihazın bədənə toxunan hissəsi bədən istiliyini götürür və arxasındakı ventilyatorun köməyi ilə çölə buraxır. Soyuducularla oxşar məntiqə sahib olan cihaz bədən istiliyini həssaslıqla azaldır.

 

Reon Pocket üzərində olan temperatur və hərəkət sensorları, cihazın iOS və Android əməliyyat sistemi vasitəsi ilə avtomatik rejim seçimi və temperaturun avtomatik tənzimlənməsinə imkan verir. Bununla birlikdə istifadəçilər istəsələr istiliyi əl ilə tənzimləyə bilərlər.

 Sony qışda az miqdarda istiləşmə funksiyasını da yerinə yetirən Reon Pocket üçün 120 dollar qiymət təyin edib. Ancaq cihazdan istifadə etmək üçün lazım olan köynəyə sahib olanlar 20 dollar geri alacaqlar. Reon Pocket soyutma səviyyəsindən asılı olaraq 2-4 saat enerji doldurmaya ehtiyacı var.

Şərh yaz


Məxfi kod
Yenilə