Bazar ertəsi, 04 May 2020 15:06

İranda koronavirusa qarşı antibodi istehsalı prosesi başlanıb

İranda koronavirusa qarşı antibodi istehsalı prosesi başlanıb

İranda koronavirusla mübarizə qərargahının elmi komitəsinin sədri ölkədə COVID-19 xəstəliyinə qarşı məxsus antibodi istehsalının başlanmasından xəbər verib.

İranda koronavirusla mübarizə qərargahının elmi komitəsinin sədri Mostəfa Qanei sonra söyləyib: Koronavirus antbodisinin davamlılığının testi təqribən bir-iki ay sürəcək, amma iranlı tədqiqatçılar bu istehsalın elə ilk etapında uğur qazanıblar.

İranda koronavirusla mübarizə qərargahının elmi komitəsinin sədri bildirib ki, hazırda koronavirus xəstəliyinin müalicəsi üzrə üç dərmanın qarışığı kliniki sınaqdan keçirilməkdədir və İran qarşıdakı üç ayadək koronavirus xəstəliyinin diaqnozu və müalicəsində mühüm paya malik olacaq beş ölkədən biridir.

Qanei vurğulayıb ki, İrana məxsus qrip peyvəndi də bu il və ya gələn il yeni üsul və yeni tərkibdə İranda istehsal olunacaq.

Şərh yaz


Məxfi kod
Yenilə