Bazar ertəsi, 27 Aprel 2020 21:50

İranlı tədqiqatçılar xərçəngin erkən diaqnozu üçün sensor hazırladı

İranlı tədqiqatçılar xərçəngin erkən diaqnozu üçün sensor hazırladı

İranın Şərif Texniki Universitetinin tədqiqatçıları Prezidentin Elm və Texnologiya Şöbəsi ilə əməkdaşlıq edərək, tibbi diaqnostik testlərdə və tədqiqat mərkəzlərində xərçəng hüceyrələrinə tez diaqnoz qoyan bir sensor hazırlayıblar.

 İRNA- xəbər verir ki, Prezidentin Elm və Texnologiya Şöbəsinin yaydığı xəbərə görə, xərçəngin səhv və ya gec diaqnozu hər il bir çox insanın ölümünə səbəb olur. Bu araşdırmanın məqsədi, xərçəngin seçmə əlaməti olaraq telomeraz fermentinin fəaliyyətini müəyyən etmək üçün sadə, həssas, doğru və ucuz bir üsul təmin etməkdir.

 Layihənin rəhbəri İlahə Kazımi Rahmətabadi mövzu ilə əlaqədar bunları deyib: “Bu tədqiqat bir doktorluqdan sonrakı bir layihəni dəstəkləmək şəklində aparıldı və bu nəticədə sensor istehsal edildi. Xərçəngin erkən diaqnozu xəstə üçün çox vacibdir, xəstəliyin erkən mərhələlərində müalicəyə cavab vermək daha yaxşıdır və bu sensor bu istiqamətdə istifadə edilə bilər”.

Şərh yaz


Məxfi kod
Yenilə