Bazar, 19 Aprel 2020 23:42

Barmaq oksigen sayğacının yerliləşdirilməsi

Barmaq oksigen sayğacının yerliləşdirilməsi

Əmir Kəbir adına Universitetin texnologiya qülləsində yerləşən bir şirkət üç ildən çoxdur ki, bu barmaq oksigen sayğacının yerliləşdirilməsi üzərində işləyir.

Müsahibə(kişi): Xəstə ilik testi və analizi vermədən bu aparatı barmağının ucuna söykəmək və ya optiki, yaxud da işıq metodu ilə qandakı oksigenin miqdarını ölçmək olar.

Ölkənin bu aparata ehtiyacı nə qədərdir?

Müsahibə(kişi): İldə 60-70 min ədədə ehtiyacımız var. Koronavirusun yayılması ilə bu ehtiyac bir neçəqat olubdur. İstehsal miqdarımız hələlik on min ədəddir. İldə 50 min ədədə çatdırmağa çalışacağıq.

Bu qeyri-hücum mahiyyətli metod oksigenlə qarışan hemoqlobin molekullarının miqdarını ölçərək, faizlə elan edir.

Müsahibə kişi: Bizim məhsulun alman məhsul ilə fərqi bundadır ki, xarici nümunə işığı atır. Yuxarıda sensorlara malikdir ki, işığı tutur və ona əsasən, işığın zəifləməsi oksigenin miqdarını elan edə bilər. Amma bizim aparatımız daha moderndir və işıq tam şəkildə atıldıqdan sonra dərhal geri dönür və ona əsasən, oksigenin miqdarı ölçülür. Həmçinin ürək döyüntüsünü də göstərir.

Bu texnikanın yerliləşdirilməsində mexanika, kompüter, elektronika üzrə tələbələr iştirak edirlər. Bu aparat ucuz xərcdən əlavə, asanlıqla şarj olur və karantin günlərində mənzildə insanlarda oksigenin miqdarının araşdırılmasına kömək edə bilər.

Şərh yaz


Məxfi kod
Yenilə