Şənbə, 18 Aprel 2020 23:03

İranın ağıllı diaqnoz sistemi dünyaya təmənnasız təklif olunacaq

İranın ağıllı diaqnoz sistemi dünyaya təmənnasız təklif olunacaq

İrada istehsal olunan İmad adlı ağıllı koronavirus diaqnoz sisteminin bütün dünyadakı səhiyyə və araşdırma mərkəzlərinə pulsuz olaraq təqdim ediləcəyi bildirilib. İRNA

İranın nüfuzlu universitetlərindən Şərif Texniki Universitetinin müəllimi və Ümumdünya Səhiyyə Təşkilatının Tibbi Elmi-Araışdırma Qrupunun üzvü Hamidrıza Rəbii belə bir açıqlama ilə çıxış edib: “Çin korona xəstəliyinin diaqnozu üçün süni intellektdən istifadə etdi. Biz də tomoqrafiyada süni intellektdən istifadə edərək, tez və diqqətlə koronavirus diaqnoz edə biləcək bir sistem də yaratdıq. Bu sistem, yoluxmuş bölgənin həcmini belə qiymətləndirə bilir”.

 Çində və ya ABŞ-da istehsal edilən sistemlərin 90% dəqiqliyə malik olduğunu bildirən Rəbii, İran istehsalı olan sistemin ardıcıl və bir dəqiqədən az müddətdə və 97% dəqiqliklə nəticə verə bildiyini söyləyib.

 Kanada, Rumıniya və İndoneziya kimi ölkələrin artıq bu məhsulu almaq üçün müraciət etdiyini bildirən Rəbii, bunları söyləyib: “Tibbi sistemlərdən istifadə etmək üçün çox sayda qanuni, hüquqi və mənəvi hazırlıq görülməlidir. Həftələrdir bunlar üzərində işləyirik və bu məhsulu tezliklə bazara çıxarmağı qarşımıza məqsəd qoymuşuq”.

 İranın bu ağıllı sistemi tez bir zamanda İslam ölkələrinə də vermək niyyətinin olduğunu söyləyən Rəbii, belə deyib: “Elmi təcrübələrimizi İslam ölkələri ilə bölüşməyə hazırıq və araşdırmalarımızı bu ölkələrə təqdim etmək istəyirik”.

Şərh yaz


Məxfi kod
Yenilə