Çərşənbə axşamı, 14 Aprel 2020 16:41

İranda koronavirus xəstələrinin müalicəsi üçün plazma terapiyası işə salınıb

İranda koronavirus xəstələrinin müalicəsi üçün plazma terapiyası işə salınıb

İranda plazma terapiyası layihəsinin başçısı deyib: Koronavirus xəstəliyindən sağalanların plazmasından istifadə layihəsi bu xəstələrin müalicəsi metodlarından biri kimi İranın altı vilayətində işə salınıb.

İranda plazma terapiyası layihəsinin başçsı Həsən Əbulqasemi bu gün IRNA ilə müsahibədə bildirib ki, bədənin immun sisteminin son dərəcə kəskin reaksiyası koronavirusa yoluxan şəxslərin ölümünə səbəb olur. O, deyib: Plazma terapiyası üzrə araşdırma layihəsi hal-müşahidə formasında həyata keçirilməkdədir və onda koronavirusun aradan götürülməsi üçün antibodi xüsusiyyətindən istifadə olunur.

Əbulqasemi koronavirus xəstəliyindən sağalanların plazmasının xəstələrin müalicəsində də təsirli olduğunu bildirib və belə deyib: Araşdırmanın ilkin nəticələri göstərir ki, bu layihə ilə koronavirusa tutulmuş ağır xəstələrin ölüm halı 40 faiz azalıbdır.

İranda plazma terapiyası layihəsinin başçsı xəstəxanaların reanimasiya və intensiv terapiya bölməsindəki xəstələrin sayının azalmasının dəlillərindən birini plazma terapiyası adlandırıb. Bildirib ki, İranda xas formada plazma istehsalı imkanı mövcuddur.

Şərh yaz


Məxfi kod
Yenilə