Cümə axşamı, 19 Mart 2020 16:48

İranda koronavirus diaqnoz analizlərinin istehsalına başlanır

 İranda koronavirus diaqnoz analizlərinin istehsalına başlanır

İran prezidentinin elm və texnologiya məsələsindəki müavini Sorena Səttari koronavirus diaqnoz analizlərinin istehsalının gələn həftə başlayacağını bildirib.İRNA

İnstagram səhifəsindən açıqlama erən Səttari, mövcud siyasətlərlə biotexnologiya sahəsində əldə olunan inkişaflarla İranın bu barədə bölgədə birinci və Asiya qitəsində üçüncü olduğunu söyləyib.

 Səttari korona diaqnoz analizlərinin istehsalı üçün 6 müqavilə imzalandığını və 3 elm əsaslı firmanın analizlərin təsdiqlədiyini qeyd edərək, bu firmaların istehsalının gələn həftə başlayacağını söyləyib.

 Xəstəxanaların reanimasiya şöbələrində istifadə edilən materialların qısa müddət ərzində İran elmi əsaslı şirkətləri tərəfindən hazırlandığını deyən Səttari, bu şirkətlər tərəfindən bir çox qabaqcıl avadanlıqların istehsal mərhələsinə çıxdığını söyləyib.

 Səttari bu barədə müjdəli xəbərlərin yolda olduğunu söyləyib.

Şərh yaz


Məxfi kod
Yenilə