Çərşənbə, 19 Fevral 2020 19:27

İranda 4 yeni avtomobilin təqdimatı keçirilib

İranda 4 yeni avtomobilin təqdimatı keçirilib

İranın yeni və islah edilmiş 4 avtomobili Amerikanın İrana qarşı sanksiyalarına rəğmən təqdim edilib.

İran İslam Respublikası prezidenti bu gün ölkə daxilində istihsal olunacaq "K132", "Dena Plus Turbo Otomat" , "Sedan" və "Kras Over" tipli avtomobillərin təqdimatını həyata keçirib. 

Bu məlumata görə, bu avtomobillərin detallarının 90 faizindən çoxu İranda istehsal edilir və dünya standartlarına cavab verir. Yanacaq istehlakının və çirkləndirmə göstəricisinin minimum olması həmin avtomobil növlərinin əsas üstün cəhətlərini təşkil edir. 

Bu İran məhsullarının təqdimatı elə bir şəraitdə həyata keçir ki, ABŞ prezidenti Donald Tramp ötən il 8 mayda bir tərəfli şəkildə nüvə razılaşmasından çıxdı və İrana qarşı sanksiyalarını bərpa etdi.

Şərh yaz


Məxfi kod
Yenilə