Çərşənbə axşamı, 18 Fevral 2020 19:53

2019-da İranın elmi məqalələrinin sayı artıb

2019-da İranın elmi məqalələrinin sayı artıb

İslam Dünyası Elmlərinin İstinad Portalının(ISC) rəhbəri deyib: İranın elmi məqalələrinin sayı 2019-cü il üçün 60 min ədədə çatıb.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Dehqani Scopus istinad portalında İranın yerinin yüksəldiyini bildirərək deyib: Bu il ilk dəfə olaraq bu portalda İran 16-cı yerdən 15-ci yerə yüksəlib. 

Dehqani İranda elmi məqalələr üzrə inkişaf barədə deyib: Son 20 ildə İranda elm istehsalı gözə çarpacaq dərəcədə olub və İran İslam Respublikası 2000-2019-du illərdə Scopus portalında 65 min məqalə, "Web of sience" istinad portalında isə 59 min məqalə qeydə alıb. 

Dehqani deyib: İran 2019-cu ildə 2000-ci ildən  35 dəfə çox elmi məqalə istehsal edib. Scopus elmi portalı biologiya, fizika, kimya və sosiologiya elmləri üzrə dünya səviyyəsində son məlumatları yayır. 

Şərh yaz


Məxfi kod
Yenilə